Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. - (+FOTOLAR)

Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. (+FOTOLAR)

AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Gülnar Mirzəyevaya 2002.01-“Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adın verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.
Sonra institutun doktoranturasını bitirən tələbələr haqqında şura üzvlərinə məlumat verilib. On altı dissertantın attestasiyası keçirilib.
İclasda həmçinin institutun magistraturasında təhsil alan on iki magistrın attestasiyası da keçirilib.II kurs magistrlərin elmi-tədqiqat və elmi-pedaqoji təcrübə
(4 həftəlik) keçmələri məsələsinə baxılıb.
Sonda gündəlikdə duran cari məsələlər müzakirə olunub.


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !