«Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı 3 illik layihənin açılış telekonfransı keçirilib - (+FOTO)

«Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı 3 illik layihənin açılış telekonfransı keçirilib (+FOTO)

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində «Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı 3 illik layihənin açılış telekonfransı keçirilib.
Fevralın 15-də təşkil olunmuş telekonfransda layihənin NATO ölkəsi üzrə koordinatoru (İtaliya) Dr. Claudio Ferrari və layihənin İtaliya Milli Tədqiqatlar Şurası “Elektronika və Maqnetizm üçün Materiallar İnstitutu”nun (CNR-IMEM) və Prama Universitetinin tədqiqatçılarından ibarət digər iştirakçıları, partnyor ölkə- Azərbaycan tərəfindən layihənin koordinatoru, Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent, Dr. Nahidə Musayeva və layihənin digər iştirakçıları, o cümlədən layihənin nəticələrinin son istifadəçi təşkilatı - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əməkdaşları iştirak ediblər.
Telekonfransda çıxış edən N.Musayeva layihədə nəzərdə tutulan plan işinin yerinə yetirilməsi metodlarından və iştirakçıların - xüsusilə də gənc mütəxəssislərin layihədəki öhdəliklərindən danışıb .

 

Dr.Claudio Ferrari isə layihənin idarəçiliyi, qarşıda duran elmi-təşkilati işlərdən bəhs edib.
Layihə üzrə tədqiqatlara start verilib və hər ay mütəmadi olaraq bu cür hesabat konfransının keçirilməsi qərara alınıb.

 

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !