Xocalı faciəsinə həsr olunmuş Xocalı adlı bir elim var adlı tədbir keçirildi. - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Xocalı faciəsinə həsr olunmuş “Xocalı adlı bir elim var” adlı tədbir keçirildi. + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

1 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzində Xocalı faciəsinə həsr olunmuş “Xocalı adlı bir elim var” adlı tədbir keçirildi. Tədbirdə 1 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən “Nitq mədəniyyəti” dərnəyi üzvlərinin hazırladıqları soyqırıma həsr olunmuş “Xocalı harayı”, “Təəssüb” adlı səhnəciklər, şeir kompozisiyaları, vətənpərvərliyə həsr olunmuş musiqi nömrələri, soyqırımı əks etdirən videoçarx və “Təsviri sənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət 45 rəsm nümayiş olundu.Tədbirdə Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, 20 Yanvar Cəmiyyətinin nümayəndəsi Tahir Fətullayev, Qarabağ müharibəsi veteranı, Qaradağ rayon polis idarəsinin əməkdaşı mayor Aidə Şirinova, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun əməkdaşı, fəlsəfə elmləri doktoru İlhamə Qəsəbova, Mövqe.az saytının jurnalisti Zülfiyyə Quliyeva, Xocalı sakinləri Sevda Məmmədova, Anar Əbdülov, Mərkəzin əməkdaşları və 44,46, 164 saylı məktəbin şagirdləri iştirak etdilər.Tədbirin sonunda söz qonarlara verildi.Qonaqlar soyqırım haqqında fikirlərini bölüşərək, Xocalı sakinlərinin başına gələn faciəli gecədən və dəhşətli hadisələrdən danışdılar. Tədbirin keçirilməsində məqsəd – Xocalı faciəsində həlak olmuş şəhidlərin xatirəsini yad etmək və yetişməkdə olan gənc nəsildə milli vətənpərvərlik hisslərini aşılamaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !