Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil olunub - (+FOTO)

Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil olunub (+FOTO)

AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil olunub


AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sərgi təşkil olunub.
Sərgidə “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı”, “Türkiye ve Azerbaycan açısından erməni sorunu”, “Erməni terroru”, “Türkün xocalı soyqırımı”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Qarabağ həqiqətləri”, “Dağlıq Qarabağ gerçəklikləri: soyqırımı terror deportasiya, işğal”, “Qarabağ harayı” və digər bu qəbildən olan türk, rus və ingilis dillərində nəşr edilən kitablar nümayiş olunur.
Öz faciəviliyinə, amansızlığına və qəddarlığına görə dünyada analoqu olmayan Xocalı hadisəsini əks etdirən qəzet, jurnal və toplu materialları da tamaşaçıların ixtiyarına verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !