Müasir mənfi ion mənbələri mövzusunda seminar keçirilib - (+FOTOLAR)

“Müasir mənfi ion mənbələri” mövzusunda seminar keçirilib (+FOTOLAR)

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “Müasir mənfi ion mənbələri” mövzusunda seminar keçirilib. Məruzəçi ion mənbələri sahəsində dünya şöhrtətli mütəxəssis Vadim Dudnikov olub. Seminarı giriş sözü ilə İnstitutun “İnfraqırmızı fotoelektronika və plazma hadisələri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru İlham Həsənov açıb. O, V.Dudnikov haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, alim akademik Roald Saqdeyevin yubiley konfransı ilə əlaqədar Bakıda qonaqdır. İ.Həsənov V. Dudnikovun uzun müddət Rusiyanın Novosibrsk şəhərində Nüvə Fizikası İnstitutunda laboratoriya müdiri həmçinin, “Ümumi fizika” kafedrasının müdiri vəzifəsində çalışdığını qeyd edib. Bildirib ki, 1971-ci ildə alim tərəfindən irəli sürülən mənfi ion mənbələri işləmələri dünyanın müxtəlif laboratoriyalarında geniş tətbiq olunur. O, V. Dudnikovun 80-ci illərdə Ukraynanın Kiyev şəhərində yerləşən Fizika İnstitutunda təşkil olunan ion mənbələri haqqında konfrans və seminarların fəal iştirakçılarından olduğunu vurğulayıb. Alim uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və elmi fəaliyyətini orada davam etdirir.
Daha sonra alimin məruzəsi dinlənilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə tanış olub. V. Dudnikov İnstitutda iki aylıq ezamiyyətdə olan Yaponiyanın Chiba Uiniversitetinin birinci kurs magistri Yuto Yasui ilə də görüşüb.


Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !