Fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilib -

Fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda müvafiq ixtisas fənləri üzrə fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrlik etdiyi imtahan komissiyasına


1202.01- “Analiz və funksional analiz” ixtisası üzrə

1.f-r.e.d. prof. Həmidulla Aslanov
2. f-r.e.d. prof. Alik Nəcəfov
3. r.e.d. Vüqar İsmayılov


1211.01- “Diferensial tənliklər” ixtisası üzrə
1. f-r.e.d. prof. Əkbər Əliyev
2. f-r.e.d. prof. Ziyatxan Əliyev
3. f-r.e.n. Əbdurrəhim Quliyev


1212.01- “Riyazi fizika tənlikləri” ixtisası üzrə
1. r.e.d., prof. Ədalət Axundov
2. r.e.d., prof. Fərman Məmmədov
3. f-r.e.n., dos. Şirmayıl Bağırov


1214.01-“Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə

1. f-r.e.d., prof. Telman Məlikov
2. r.e.d., prof. Rafiq Tağıyev
3. f-r.e.d., prof. Hamlet Quliyev


2002.01- “Deformasiya olunan bərk cism mexanikası” ixtisası üzrə

1. f-.r.e.d., prof. Cəfər Ağalarov
2. f-.r.e.d., prof. Qabil Əliyev
3. f-r.e.n.,dos. Əlizadə Seyfullayev


2003.01-“Maye,qaz və plazma mexanikası” ixtisası üzrə
1. f-r.e.d., prof.Faiq Nağıyev
2. t.e.n.,dos. Eldar Abbasov
3. f-r.e.n.,dos. Gülşən Ağayeva
daxildirlər.


İmtahanda doktoranturaya sənəd verən 7 nəfərdən 7-si iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb. 6 nəfər “5”, 1 nəfər “3” qiymət alıb. Bundan sonra onlar daha iki fəndən – xarici dildən və fəlsəfədən imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.
Xatırladaq ki, 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə Riyaziyyat və Mexanika İnstitutuna doktoranturaya qəbul üzrə 7 yer ayrılıb.


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !