ELMİN POPULYARLAŞDIRILMASI SAHƏSİNDƏ İLİN ƏN YAXŞI ALİMLƏRİ -

ELMİN POPULYARLAŞDIRILMASI SAHƏSİNDƏ İLİN ƏN YAXŞI ALİMLƏRİ

AMEA prezidentinin 10 iyul 2017-ci il tarixli 444 nömrəli sərəncamı ilə elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, cəmiyyətdə elmin və alimin nüfuzunu qaldırmaq, eləcə də elmin populyarlaşdırılması istiqamətində alimlərin əməyini stimullaşdırmaq məqsədi ilə Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin mükafatı təsis olunmuşdur.
Müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən ümumilikdə 22 iş təqdim edilmişdir.
Rəyasət Heyətinin qərarına əsasən elmi bilik və nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və həmin institutun “Elmi texniki informasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov mükafata layiq görülüblər.
Hər iki alimi kollektivimiz adından təbrik edir,onlara möhkəm can sağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik!

 


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !