AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti ümumi iclası keçirilib - (+FOTOLAR)

AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti ümumi iclası keçirilib (+FOTOLAR)

AMEA İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya
qəbulun nəticələri müzakirə edilib

 

Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin növbəti ümumi iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə keçən iclasda bölməyə daxil olan elmi müəssisələrin 2017-2018-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələri müzakirə olunub.
İclasda dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Mövzular seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almaq, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük vermək və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyi vurğulanıb.
Bölmə müzakirələrdən sonra qəbulun nəticələrini təsdiq edərək mövzuların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !