YAPONİYALI MAGİSTRİN FİZİKA İNSTİTUTUNA EZAMİYYƏTİ... - (+FOTO)

YAPONİYALI MAGİSTRİN FİZİKA İNSTİTUTUNA EZAMİYYƏTİ... (+FOTO)

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Yaponiyanın Chiba Texnoloji İnstitutunun birinci kurs magistri Yuto Yasui ezamiyyətdədir. İki aylıqezamiyyətdə məqsəd “Fullerenməsaməli silisium sistemində fotoluminessensiya hadisəsinin tədqiqi” mövzusunda dissertasiya işi ətrafında tədqiqat aparmaqdır.O, İnnovasiya sektorunda quraşdırılmış müasir cihazlarda İnstitutun alimləri ilə birlikdə ölçmələr aparır.
İnstitutda ezamiyyətdə olan magistrin dissertasiya mövzusunun rəhbəri Azərbaycan tərəfindən Fizika İnstitutunun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Yaponiya tərəfindən isə Chiba Texnoloji İnstitutununlaboratoriya müdiri, professor Kazuki Vakitadır.


Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !