Robototexnika olimpiadasının final yarışları keçirilib - (+FOTOLAR)

Robototexnika olimpiadasının final yarışları keçirilib (+FOTOLAR)

Qərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadasının final yarışları keçirilib

 

 Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə məktəblilər arasında keçirilən LEGO Sumo robototexnika olimpiadasının final yarışları keçirilib.
Qeyd edək ki, olimpiadaya paytaxt məktəblərinin şagirdləri ilə yanaşı, Gəncə, Şirvan, Ağdaş, Şəki və Sumqayıtdan olan 100-dək region məktəbliləri də qatılmışdılar.
Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçilib. Robotların ilkin yarışmasından sonra 12 məktəbli 6 komanda şəklində finala vəsiqə qazanıb.
Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçirilib. Hər bir komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarıb.
Olduqca maraqlı və gərgin keçən final döyüşlərindən sonra olimpiadanın ən yaxşı üçlüyü məlum olub. Qaliblərə pul mükafatı və bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Robototexnika olimpiadasının keçirilməsində məqsəd məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın artdığı robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılmasıdır.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti cari tədris ilindən etibarən mühəndis ixtisasları üzrə kadr hazırlığı aparır, universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda Yüksək Texnologiyalar Parkı qurulub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !