Dollar, neft, barel, dünya bazarı, avro, turistlər, Bakımız və Namusumuz ... - +(AZpress.AZ, Maya Quliyeva, Qarabağ)

Dollar, neft, barel, dünya bazarı, avro, turistlər, Bakımız və Namusumuz ... +(AZpress.AZ, Maya Quliyeva, Qarabağ)

20-25 il öncə bunları ancaq özü göstərəndə {televizor} eşidirdik .
Xəbərlərdə ...
Toy çəkilişlərinə baxanda əlində idarəedənlə {pult} segah olan hissələri və ya toya gələn qonaqların özləri deyib , ancaq özləri də eşitdikləri xeyir-duanı irəli çəkdiyimiz kimi , heç kim də o xəbərlərə baxmırdı .
Nə anlayırdıq ki , baxaq da .
Müharibə .
Bu sözü də ancaq mayın 9-da müharibə iştirakçılarımızdan sağ qalanlarının təkrar -təkrar danışdıqları , ya da kitablarımızdan oxuduqlarımız qədər tanıyırdıq . Faşistlərə olan nifrətimizi xoşumuz gəlməyənə , dediyində dirəşənə və qəddar birinə - sən faşistsən deyə bildirirdik . Bizim yatmışlığımızdan istifadə edib qoynumuzda bəslənən isə elə bəsləndi , mədəsi elə boyüdü ki , artıq indiyə qədərkilər doyurmadı onları . Daha artıq yem tələb etdilər . Bir də gözümüzü açdıq ki , Vətənimizi udublar bu görməmişlər...
Müharibə özüylə nələri gətirmədi ??
Bax o yuxarıda saydıqlarımı da gətirdi .
Onları bizə şəxsən təqdim etməyə elçiləri də gəldi .
Gəldilər ki , həm yardım etsinlər , həm də ...
Tanıdılar bizləri . əlbir olub tək düşmənimizə qarşı döyüşməkdənsə özümüzü diddik .
Verdik özümüzü ərəbin çadırının altına , türkün ayparasına güvəndik , ingilisin qırmızı xaçına . Açdıq tökdük qarşılarına bütün sirlərimizi . Yardıma görə qardaşımızı satdıq , evə görə arvadımızı boşadıq , veriləcək pula görə sabahı fikirləşməyib çoxaldıq ...
Nə qaldı əlimizdə ???
Vətən də getdi , insanlığımız da .
Indi qabağımıza qoyub fikirləşməyə papağımız da yoxdu .
Çox hörmət etdiyim bir insan - Ali məktəbdə oxuyanda biz tərəflərdən bir qız olardısa o Ali məktəbdə heç onun xəbəri belə olmadan onun tərəfin saxlayardıq , onu qoruyardıq demişdi .
Bəli bunu 30 il əvvəlki kişilərin hamısı təsdiqləyər . Belə olub o vaxtlar .
Ya indi ???
Bu günlərdə bir ad günü üçün çox səviyyəli bir restoranda oturmuşduq . Çanlı musiqi də vardı . Bizdən 2 masa öndə 6-7ərəb də oturub . Getdikcə ərəblərin sayı çoxalmağa başladı .
Xanım musiqiçi məkana görə yaxşı oxuyurdu . ərəblər oynaq musiqilərə yavaş-yavaş reaksiya verməyə başladılar . Xanım yəqin ki , çay üçün oturanda bunlardan biri musiqiçilərə yaxınlaşdı . Böyük ekranda ərəb klipi göründü . Beləliklə ərəb devri başladı ...
Yaşları 20 və 55 arası dəyişən ərəb kişilər ortalığa tökülüşüb oynayırdılar .
Restorana saçları saman sarısı , hərtərəfli botoksdan çıxma və evdə böyüklərin yanında geyinməyə laiq olmayan damdar retuzlu bir qadın daxil oldu . Bizim masanın yanındakı masaya oturdu ...
Xeyir bağışlayın , oturmağa fürsət tapmadı .
Inanın , bunu bir başqası yazmış olsaydı mən də inanmazdım.!
Qarşıdakı masadan üç ərəb bu qadının masasına hücum çəkdi . Bilmirəm bu ərəblər o restoranın daimi müştəriləri idi , ya qadın . Amma gördüklərimdən dəhşətə gəlmişdim .
Sən Azərbaycanda olasan və azərbaycanlı kişilərin gözü qarşısında bir azərbaycanlı qadına hücum edib onu öz masana aparasan .!!!
O kişilər gəldi gözümün qarşısına .
Bu turistlərə dövlətimiz Vətənimizdə biznes qurmasalar belə , xərclədikləri pullar dövlətin büdcəsinə gedir deyə bu imkanları yaradıb . Bəs biz niyə özümüzü bu qədər alçaldırıq , bəs biz niyə onlara əyilib namusumuzu satırıq . Yaxşı sənin kimilərinin Vətəni yoxdu deməklə özümüzə təsəlli verib biz niyə sakit qalırıq buna ?
Hanı bu dövlətin qanun qoruyanları ? Bizim kimi adi insanlar uşaqlarımızla getdiyimiz bir restoranda niyə uşaqlarımızın qarşısında pərt olmalıyıq ? Niyə orda xəcalətdən yeyə bilmədiyimiz yeməyin pulun verib çıxmalıyıq ?
Mən evə gəlib az da olsa keçirdiyim şokdan ayılıb indi özümü günahlandırıram . Axı niyə o restoranın müdriyyətinə şikayətimi bildirmədim !???
Niyə .!?
Bilirsiz biz harda və nə vaxt itirmişik namusumuzu ???
Ermənilər Xocalını viran qoyandan sonra ki , çağırıb ratsiya ilə bizimkilərə deyiblər - sabah qızlarınızın üçgünlüyünə gəlin .
Bax onda ...
Dollar , barel , neft , dünya bazarı , avro , turistlər , Bakımız və Namusumuz .
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !