Mərkəzi Nəbatat Bağından bəhs edən yazı dərc olunub -

Mərkəzi Nəbatat Bağından bəhs edən yazı dərc olunub

“Weekly Wood Newspaper” qəzetində
AMEA-nın Mərkəzi Nəbatat Bağından bəhs edən yazı dərc olunub

 

Cənubi Koreyada yayımlanan “Weekly Wood Newspaper” qəzetinin 01 fevral 2018-ci il nömrəsində keçən ilin oktyabr ayında Mərkəzi Nəbatat Bağının qonağı olmuş, Cənubi Koreyanın Jeonbuk Universitetinin Meşəçilik fakültəsinin dosenti, Daniel Kvonun müəllifi olduğu "Baku Botanical Garden" sərlövhəli məqaləsi dərc olunub.
Məqələdə Mərkəzi Nəbatat Bağının yaranma tarixi, mövcud bitki kolleksiyaları, buranın alimləri tərəfindən aparılan elmi tədqiqat işləri haqqında məlumat yerləşdirilib. Cənubi Koreyalı alim oxucuların nəzərinə Azərbaycanın endemik, nadir ağac növü olan eldar şamının əhəmiyyətindən də geniş söz açılıb. Müəllifi Mərkəzi Nəbatat Bağının Bakı şəhəri üçün xüsusi əhəmiyyətini vurğulayaraq, burada aparılan işlərdən və gələcək perspektivlərdən də geniş söz açıb.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !