8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi - (+FOTOLAR)

8 Mart - “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi (+FOTOLAR)

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart ¬– “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açdı. O, xanım əməkdaşları 8 Mart – “Beynəlxalq Qadınlar Günü” bayramı münasibəti ilə təbrik edərək onlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzu etdi.
Misir Mərdanov XIX əsrin tanınmış azərbaycanlı neft maqnatı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin "əgər siz bir kişiyə təhsil verirsinizsə, o zaman bir şəxsi maarifləndirmiş olursunuz, ancaq bir qadına təhsil verməklə bütöv bir ailəni maarifləndirərsiniz" fikrini xatırladaraq cəmiyyətdə qadının rolunun yüksək qiymətləndirilməsinin vacib olduğunu vurğuladı.
Qeyd etdi ki, Azərbaycan xanımlarının əməyinin nəticəsidir ki, Azərbaycan ailələri digər dövlətlərlə müqayisədə daha davamlı və möhkəmdir.
Daha sonra tədbirdə Respublikanın Xalq Artisti Laləzar Mustafayeva çıxış edərək və institutun xanım əməkdaşlarını Bəxtiyar Vahabzadənin “Ana” şeiri və xoş sözlərlə təbrik etdi.
Sonda xanımlara hədiyyələr təqdim edildi.


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !