8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib - (+FOTO)

8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib (+FOTO)

AMEA Naxçıvan Bölməsində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan qadınlarının tarixi xidmətlərindən, bu gün qadınların cəmiyyətdəki rolundan ətraflı bəhs edib. Bildirib ki, Azərbaycan qadını müstəqillik əldə etdikdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
İsmayıl Hacıyev bu elm müəssisəsində işləyən qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, firavan həyat, fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Bölmənin Elektron Kitabxanasının direktoru Sahab Əliyevanın “Müdrikliyin, sədaqətin, qəhrəmanlığın simvolu-Azərbaycan qadını” mövzusunda çıxışı dinlənilib. Qeyd olunub ki, Azərbaycanda qadın adı həmişə uca tutulub, böyük ehtiram göstərilib. Azərbaycan tarixinin bütün dövrlərində böyük istedada, dərin zəkaya, möhkəm iradəyə malik hökmdar, döyüşçü, şair qadınlar olub. Bunlardan Möminə, Mehrcan, Sara, Bəyim xatın, Taclı, Pərixan, Tutu Bikə xanın kimi qadınların uzaqgörənliyi, dərin ağlı sayəsində neçə qanlı döyüşlər yatırılıb.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda qadınlara göstərilən diqqət və qayğıdan danışan natiq ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən bir sıra tədbirlərdən danışıb. Bildirib ki, dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Müasir Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzundan ətraflı bəhs edən Sahab Əliyeva vurğulayıb ki, Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır.
Qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirildiyi, muxtar respublikada qadınların fəaliyyəti üçün hər cür şərait yaradıldığı qeyd olunaraq bildirilib ki, 2018-ci ilin statistikasına əsasən AMEA Naxçıvan Bölməsində çalışan 254 əməkdaşın 120-ni, 89 elmi işçinin 31-ni, 55 fəlsəfə doktorunun isə 18-ni qadınlar təşkil edir.
Tədbirin sonunda Bölmənin bütün qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !