Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib - (+FOTOLAR)

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib (+FOTOLAR)

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Moskva Dövlət Uiversitetinin mexanika-riyaziyyat fakültəsinin “İdarəetmənin ümumi problemləri” kafedrasının professoru Qaleyev Elfat Mixayloviç “Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda məruzə edib.
Məruzədə bərabərlik və bərabərsizlik tipli hamar məsələlərdə ekstremum üçün birinci və ikinci tərtib ekstremum şərtlərə baxılıb.
Bundan əlavə, kvadratik funksionallı sadə variasiya məsələsində ekstremum üçün birinci və ikinci tərtib şərtlərdən danışılıb. Yakobi şərti ödənilən, lakin gücləndirilmiş Yakobi şərti ödənilməyən hal tədqiq olunub.

 

Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !