Azərbaycan Xalq Cümhuriyyəti – 100 - - Konfrans

“Azərbaycan Xalq Cümhuriyyəti – 100” - Konfrans

Martın 12-də, saat 11:00-da “Cümhuriyyət İli” çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçiriləcək.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, konfransın təşkilatçıları institut və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzidir.

 

Tədbir Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində (Əlaqə: 012 561 12 17) keçiriləcək.

 

Xatırladaq ki, mərkəz Bakı şəhəri, Nərimanov rayonu, Hüseyn Arif küçəsi 20 (Teymur Əliyev küçəsi ilə kəsişmə) ünvanında yerləşir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !