Tibb fəaliyyətinin hüquqi əsaslarından bəhs edən dərslik
Bu xəbəri paylaş
Azərbaycan Milli Elmlər Akademiyası Hüququ və İnsan haqları İnstitutu ölkəmizdə mövcud qanunvericilik, hüquq nəzəriyyəsi və səhiyyə sahəsində bir çox problemlərin əks olunduğu “Tibb hüququ” kitabını çap edib.
AZƏRTAC xəbər verir ki, hüquq elmləri doktoru Aytən Mustafazadə və hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanovun həmmüəllifliyi ilə hazırlanan kitabda əhalinin sanitariya-epidemioloji salamatlığının hüquqi əsasları, insan orqan və transplantasiyası üzrə tibbi fəaliyyətin hüquqi əsasları, ölkəmizdə icbari tibbi sığortanın hüquqi tənzimi, həkim səhvi, tibbi fəaliyyətin bir sıra digər təzahürlərinin hüquqi əsasları, beynəlxalq tibb hüququ kimi məsələlər nəzərdən keçirilir.
Dərslik vəsaiti kimi nəzərdə tutulan kitab həm də hüququ və tibb təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, doktorant və tələbələr, səhiyyə və sosial xidmət işçiləri və tibbi fəaliyyətin hüquqi nizamnaməsi məsələləri ilə maraqlananlar üçün faydalı vəsaitdir.
Bu xəbəri paylaş
