Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib - (+FOTOLAR)

Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarında "Sürüncəklik nəzəriyyəsi" şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edib.
Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu təklif edilib. Üsul bu sahədə ənənəvi tədbiq olunan temperatur-zaman analogiyasının çatışmazlıqlarını müəyyən dərəcədə aradan qaldırır.
Termoözlüelastiklik nəzəriyyəsinin ümumi qoyuluşda xətti və qeyri-xətti sərhəd məsələsini (qeyri-izotermik məsələni) özlüelastikliyin uyğun məsələsinə (izotermik məsələyə) gətirilməsini mümkün edən teoremlər isbat olunur. Eyni zamanda bu üsulun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyi tədqiq olunur. Raket korpusunun daxili radiusunun yanması nəzərə alınır. Tədqiqat nəticəsində baxılan konstruksiyanın təhlükəsiz işləməsini təmin edən şərtlər tapılır.


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !