GÜNƏŞ AVTOMOBİLLƏRİNİN HƏRƏKƏTİ MÖVZUSUNDA MƏRUZƏ DİNLƏNİLİB - (+FOTOLAR)

GÜNƏŞ AVTOMOBİLLƏRİNİN HƏRƏKƏTİ MÖVZUSUNDA MƏRUZƏ DİNLƏNİLİB (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən növbəti elmi seminarında Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f.-r.ü.e.d. Rauf Qardaşov “Günəş avtomobillərinin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması” mövzusunda məruzə edib.

 

Günəş enerjisi ilə işləyən avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model işləmiş alim onun iki modelin birləşməsindən ibarət olduğunu qeyd edib. O bildirib ki, birincisi, yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən günəş enerjisini hesablama modeli, ikincisi isə günəş avtomobilləri hərəkətinin riyazi modelidir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr (dartı, ağırliq, reaksiya və müqavimət), yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilmişdir. Seçilmiş yollar (Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin) boyunca “SunRiser” günəş avtomobilinin hərəkəti simulyasiya edilmiş və monitorda vizuallaşdırılmışdır.

 

R.Qardaşov bu modelin gələcəkdə yaradılacaq günəş avtomobillərinin naviqasiya sisteminın əsasını təşkil edə biləcəyini diqqətə çatdırıb. Onun fikrincə, bu model enerjidən optimal istifadə etməklə onların hərəkətinin idarə edilməsi: 1) hərəkətin başlanğıc vaxtının seçimi, 2) yol boyunca saxlanılması lazım olan optimal sürət, 3) dağ keçidlərinə çatma vaxtı (böyük miqdarda günəş enerjisi və ya tam doldurulmuş akkumulyatorlar), 4) akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi) və s. bu kimi problemlərin həllində tətbiq edilə bilər. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !