Azərbaycan alimi Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib - (+FOTOLAR)

Azərbaycan alimi Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib (+FOTOLAR)

AZpress.AZ-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Azərbaycan Elmi Mərkəzinin (AEM) növbəti iclası keçirilib. Tədbirdə RTEA-nın vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev, AMEA-nın müxbir üzvləri Tulparxan Salavatov, Qeylani Pənahov, Qurban Yetirmişli və digərləri iştirak ediblər.
İclasda qurumlar arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, bu əlaqələrin cari ildə hansı istiqamətlər üzrə davam edəcəyi müəyyənləşdirilib.
Dövlətlərarası elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İbrahim Quliyev bildirib ki, 2014-ci il noyabrın 13-də AMEA və RTEA rəhbərliyinin təşəbbüsü ilə yaradılan RTEA-nın Azərbaycan Elmi Mərkəzinin fəaliyyəti hər iki qurumun yaradıcı kollektivləri arasında texnologiya, texnika və təhsil sahələrində əlaqələrin yaranmasına, birlikdə aparılan fundamental və tətbiqi araşdırmaların genişlənməsinə, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasına yönəlib.
İclasda qeyd edilib ki, RTEA-nın prezidenti, akademik Oleq Kuznetsovun sədrliyi ilə keçirilən RTEA Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzin direktoru, kimya üzrə fəlsəfə doktoru, professor Rüfət Məmmədov Akademiyanın xarici üzvü seçilib. Bu məqsədlə alimə RTEA-nın xarici üzvü diplomu, vəsiqəsi və fərqlənmə nişanı təqdim olunub

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !