ELASTİKİ ÖRTÜKLƏRİN RƏQSLƏRİ MONOQRAFİYASI -

“ELASTİKİ ÖRTÜKLƏRİN RƏQSLƏRİ” MONOQRAFİYASI

AZpress.AZ xəbər verir ki, bu günlərdə Azərbaycanda riyaziyyat və mexanika elminin inkişafında, onun dünya səviyyəsində tanınmasında böyük xidmətləri olan əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika–riyaziyyat elmləri doktoru, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin “Elastiki örtüklərin rəqsləri” adlı monoqrafiyası dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən çap olunub.
Müəllifin ingilis dilində yazdığı 212 səhifəlik monoqrafiya nano və meta materiallardan bəhs edən yüksək texnologiyalı sahələr də daxil olmaqla müasir texnologiyada meydana gələn mühəndislik qurğuları üçün çox müxtəlif təqribi dinamik modelləri təkmilləşdirilməsindən bəhs edir.
Elastikiyyət nəzəriyyəsinin tənlikləri kanonik formalı örtüklərin harmonik rəqslərinin təhlilinə tətbiq edilir. Silindr, şar, konus, kürəvi və konik laylar, dəyişən qalınlıqlı lövhələr üçün dəqiq yeni bircins və qeyri-bircins həllər qurulur.
Geniş tezlik diapazonunda vibrasiya spektrinin təsnifatı təklif olunur. Nazik divarlı örtüklər üçün mövcud olan ikiölçülü nəzəriyyələrin tətbiq olunma oblastı müəyyən edilir. Bir sıra ədədi misallar təqdim olunur.
Klassik ikiölçülü nəzəriyyələrə nisbətən daha dəqiq olan ikiölçülü tətbiqi nəzəriyyələr təklif edilir. Örtük və lövhələr üçün bütün mümkün olan sərhəd məsələləri nəzərdən keçirilir.

 

Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !