Azərbaycan siyasətinin Əli Kərimli ləkəsi - - Faiq İsmayılov (+VIDEO)

Azərbaycan siyasətinin Əli Kərimli ləkəsi - Faiq İsmayılov (+VIDEO)

Azərbaycanda siyasət anlayışı, bəzi partiya və qrup rəhbərləri tərəfindən yanlış başa düşülür və onların özlərinə sərf edən qaydada təbliğ edilir. Bəzən də belə partiya və qrup rəhbərləri ətraflarına topladıqları qohum əqrabaları və digər itəatkar insanların fəaliyyətindən istifadə edib öz ailə bizneslərini böyüdürlər. Əslində isə Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Siyasət — dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir.Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətəəsaslanan istehsalformalarının, sosial strukturun, maddi mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapır. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını (partiyasını) yaradırlar.

 

Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Bunun üçün qarşıya qoyulan Siyasi məqsəd: bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şaraiti və üsullarıni yaratmaqdır.Siyasəti bir sıra elmlər (politologiya, siyasi sosiologiya və s) öyrənir. O fəlsəfənin də obyektini təşkil edir. Belə ki, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsirini araşdırır.

 

Siyasi məqsəddən, Siyasi fəaliyyət yaranır.Bunun əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. O cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti üzrə olan fəaliyyətini idarə edir. Spesifik fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxildir.

 

Dünyaqda mövcud olan siyasi institutlar və sistemlər iqtisadi sahədə olduğu kimi, siyasi həyatda da sağlam rəqabət mühitini formalaşdırır, ölkələrin idarəçilik sistemlərinin təkmilləşdirilməsinə təkan verir.
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında yaranan siyasi və ictimai qurumları, onların fəaliyyətini və qarşılıqlı münasibətlərini ifadə edir. Əlbətdə ki, hər olkənin siyasi sistemi onun inkişafının qanunauyğunun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir.
Qəbul etsəkdə etməsəkdə, Azərbaycanın siyasi sistemində istər insan resurslarının çoxluğuna, istər güçlü sosial bazasının olmasına, istərsədə idarəçilik sistemində təcrübəsi olan kadr potensialının çoxluğuna görə liderlik Yeni Azərbaycan Partiyasına məxsusdur.
Mən YAP üzvü deyiləm heç bu partiyanın pəristişkarı da deyiləm. Lakin həyatda həqiqət deyilən bir anlayış vardır. Həqiqət təsdiq edir ki,ölkədə YAP-dan başqa digər partiyalar hamısı birlikdə faktiki olaraq ölkədəki seçicilərin hətta 3-8 %-nə təsir etmək gücündə deyillər. İstəsək də istəməsək də bugünkü Azərbaycanın siyasi həyatında reallıq bundan ibarətdir. Bunu müəyyən etmək üçün mütəxəsis olmağa da ehtiyac yoxdur “Milli Şuranın” sonuncu mitinqinə baxdıqda bu olanları sübut etmək üçün digər arqumentlərə müraciət etməyə ehtiyac qalmır.
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da siyasi institutların və sistemlərin yaradılması tam qanunauyğun hal ola bilər o haldaki siyasi sistemlər şəxsi məqsədlərə və şəxsi mənafelərə xidmət etməsin. Lakin təsüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir çox partiya rəhbərləri mənsub olduqları siyasi qurumlara özlərinin şəxsi əmlakı kimi münasibət sərgiləyirlər. Məhz bunun nəticəsidir ki, bəzi partiyalar yalnız sədrdən və onun bir neçə yaxın qohumyndan ibarətdir.
Güclü sosial bazaya və insan resurslarına malik olmayan bəzi partiyalar isə, özlərini radikal müxalifət adlandıraraq, ölkədə faktiki olaraq reketlik nümayiş etdirirlər. “Mənnən olmayan mənim düşmənimdir” şuarını bayraq edən belə partiyaların fəaliyyəti prinsip etibarı ilə xarici ölkə donorların və bəzi beynəlxalq təşkilatların rəğbətini qazanmağa yönəlib.
Azərbaycanda belə partiyaların öndəgedəni AXCP və onun sədri Əli Kərimovdur. Beləki Əli Kərimov ətrafına bir qrup başıpozuq dəstə toplayaraq sosial şəbəkələrdə saxta profillər yaradaraq ölkənin öndə olan siyasi və ictimai xadimlərini və digər ziyalılarını ləkələməyə, gözdən salmağa çalışır.
Nüfuzlu ziyalıları ləkələmək üçün sosial şəbəkələrdə saxta profillər yaratmaq ideyasının Əli Kərimlidən gəldiyini bir neçə il öncə Əli bəyin sabiq müavini Razi Nurullayev tərəfindən gündəmə gətirilmişdi. Bəzi sadəlövh insanlar bunu hakimiyyətə qarşı mübarizədə bir üsul kimi dəyərləndirsələrdə, amma bunun çox ciddi siyasi məqsəd daşıdığını görməmək mümkün deyildir. Beləki etdiyin bütün hərəkətlərin qarşılığı olur, söyüş və təhqirlər də o cümlədən.
Adi qaydada Əli Kərimli heç kimim diqqətini çəkmir, kimsə onunla maraqlanmır, belə sakit həyat Əli bəyə sərf etmir, çünkü o gündəmdən silinir. Gündəmdə qalmaq üçün Əli bəy saxta profillərdən müxtəlif kateqoriyalı insanlara qarşı söyüş və təhqirlər yönəldir aldığı adekvat cavabları xaricdəki partnyorlarına yönəldir və özünün təziq altında yaşayan məzlum müxalifət “lideri” obrazını yaradır. Bu Əli bəyi ölkə gündəmində qalmağa və xarici dairələrdən müəyyən məbləğlərdə pul vəsaiti əldə etməsinə səbəb olur.
Bu yaxınlarda mənə qarşı da Əlibəyin tərəftarları tərəfindən bir əxlaqsızlıq edildi. Milli QHT Forumunun sonuncu Qurultayı barədə məndən müsahibə alan bir jurnalist onu YUTUB-da yerləşdirdi və bu müsahibə saxta profillərdən onlarla söyüş və təhqirlərdən ibarət statuslar yazılaraq mənə qarşı əxlaqsızlıq edildi. https://www.youtube.com/watch?v=E3jEFVxsXe0 Mənə qarşı edilən əxlaqsızlığa səbəb mənim müsahibəmdə işlətdiyim “Ölkədəki stabilliyin qorunmasında İlham Əliyevin mühüm rolu vardır” ifadəsi səbəb olmuşdu.
Mən həyatımı könüllü olaraq, İşğal olunmuş ərazilərimizin azad olunması istiqamətində gedən ideoloji mübarizəyə sərf edən birisiyəm. Bu istiqamətdə onlarla kitabım çoxsaylı yazılarım araşdırmalarım var. Kimsənin rəhminə, kimsənin mərhəmətinə ehtiyacım yoxdur. Yaşadığımız həyat bütün özəllikləri ilə gözəldir hətta öz siyasi sistemləri ilə. Siyasəti yalan, ikiüzlülük adlandıranların özlərinin siyasətdən xəbərləri yoxdur. Siyasəti şəxsi biznesə çevirənlər siyasətə qara ləkədirlər. Yetərki bir olaq belə ləkələri siyasətimizdən təmizləyək.
Bu bu mövzunu bir az da uzatmaq olardı. Lakin mən burada son nöqtəni qoyub gənclərimizə müraciət edirəm: Əziz dostlar! Yeni təşəkkül tapmaqda olan söyüş biznesi, Azərbaycanlıların əxzlaqi dəyərlərinə təhdid yaradır. Bu fəaliyyət, əxlaqi dəyərlərimizin məhv edilməsi istiqamətində Azərbaycana sırınan çox təhlükəli virusdur.Özünüzü, ailənizi və yaxınlarınızı bu virusdan qoruyun!


 

Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !