Novruz Türk dünyasının ümümxalq bayramıdır - -Nail Çələbi

“Novruz Türk dünyasının ümümxalq bayramıdır” -Nail Çələbi

Türk Dünyası Parlamentlər Birliyi Novruz Bayramı münasibətilə paytaxt Ankarada tədbir təşkil edib. Novruzun üçminlik tarixə malik olduğunu bildirən Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi daha sonra söyləyib: “ Novruzun bütün Türk dünyasına birlik bərabərlik gətirməsini diləyirəm. Mən özünü Türk hiss edən hər bir kəsi Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayramda, arzu edirəm ki, zülmə məruz qalan türk olmasın və işğal altında olan türk torpağı tez bir zamanda geri qaytarılsın”.
Daha sonra Çələbi bildirib ki, terroristlərə və terrora dəstək verən ölkələrə qarşı Türk Dünyası artıq bir olmalıdır: Türkiyəni “Zeytun budağı” hərəkatında tək qoymayan yalnız Türk dünyası dövlətləri və xalq oldu.Biz bir daha onun şahidi olduq ki, “Türkün türkdən başqa dostu yoxdur”.
Bayram mərasimində bir cox tanınmış siyasi xadimlər iştirak etmişlər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !