V Beynəlxalq Ahıska Kızları Qabiliyyət Yarışması bu il Bakı'da keçiriləcək -

V Beynəlxalq “Ahıska Kızları” Qabiliyyət Yarışması bu il Bakı'da keçiriləcək

AZpress.AZ xəbər verir ki, Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən təşkil edilən V Beynəlxalq "Ahıska Kızları" Qabiliyyət Yarışması 26 Mart 2018-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

 

Yarışmaya Azərbaycan başda olmaqla, Qazaxıstan, Türkiyə (Erzincan ve Bursa), Qırğızıstan, Ukrayna, Rusiya ve Gürcüstandan olan iştirakçılar qatılacak.

 

Beynəlxalq “Ahıska Kızları” Qabiliyyət Yarışması aşağıdaki istiqamətlər üzrə keçiriləcək:

 

• Özünü təqdimetmə
• Şeir oxuma
• "Mən bir ulduzam" mahnı və rəqs nümayişi
• İntellektual turnir
• Türk xalqlarının atalar sözləri və folklor nümunələrinin təqdimatı
• "Şərqin incisi" moda nümayişi

 

Müsabiqədə həm müasir üslubun olduğu ölkənin geyimində həm də milli geyimlər nümayiş etdiriləcəkdir.

 

Müsabiqənin hər bir mərhələsindəki iştirakçının performansı 3 dəqiqədir.

 

Müsabiqə ərzində iştirakçının bacarıqlarını qiymətləndirərkən bədii oxu və bədii mətnin seçilməsinin orijinallığı nəzərə alınacaq.

 

Müsabiqənin qalibləri Dünya Ahıska Türkləri Birliyi və Qazaxıstan "Ahıskalı Qadınlar" İctimai Birliyi tərəfindən diplom və qiymətli mükafatlar ilə təltif olunacaqlar.

 

Tədbir 26 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında saat 12:00-da başlanacak.

 

Bütün millətimizi və qonaqlarımızı, xüsusilə də media nümayəndələrimiz tədbirimizə dəvətlidir.

 

Giriş pulsuzdur. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !