1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı qeyd edilib - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov )

1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı qeyd edilib +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 2018-ci il tarixində YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş beynəlxalq Novruz bayramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində böyük təntənə ilə qeyd olunmuşdur.
Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.
Hələ qədim zamanlardan başlayaraq bir çox şərq ölkələrində insanlar baharın, yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Bu səbəbdən, keçiriləcək tədbirdə Novruzu öz ölkələrində qeyd edən – İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Pakistan, Qazaxıstan, Misir, Dubay, Hindistan, Qətər, Türkiyə, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.
Tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin həyətində, açıq havada, qədim Bakını, milli adət-ənənələrimizi əks etdirən dekorasiyaların, Novruz personajlarının, qədim Bakı tiplərinin, Azərbaycan nağıl qəhrəmanlarının, Novruz bayramına həsr olunmuş rəsm və əl işlərindən ibarət sərginin nümayişi ilə keçirilmiş, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
Hər bir qonağa, ölkə nümayəndələrinə ayrılmış masada öz ölkəsinin bayrağı, adı yazılmış lövhəsi, səməni, Novruz şirniyyatları ilə bəzənmiş xonça və çay süfrəsi təqdim edilmişdir.
Qonaqlar Mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, rəqslərə, musiqilərə, şeirlərə, etnik, milli xüsusiyyətləri olan, özünəməxsus mövsum və mərasim nəğmələrinə, oyunlarına tamaşa etmiş, onlarla birgə şənliyə qoşulmuş, həyətdə qurulmuş iri tonqalı yandırmışlar. Şənlikdə Dədə Qorqud və Bahar qızının, Keçəl və Kosanın iştirakı bayramı daha da rəngarəng və canlı etmişdir.
Tədbirin keçirilməsində məqsəd – Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələrinə Novruzun xalqımız üçün böyük dəyəri olduğunu bildirmək, milli adət-ənənələrimizi, mədəniyyət və incəsənətimizi, müsiqimizi, xalq folklorumuzu, mətbəximizi tanıtmaq, məktəbdənkənar dərnək üzvlərinin asudə vaxtının səmərəli təşkil olunmasında qazanılan bacarıqlarını və fəaliyyətlərini əks etdirməkdən ibarətdir. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !