Rapunzel Azərbaycanda - (+FOTOLAR)

Rapunzel Azərbaycanda (+FOTOLAR)

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi


 

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Almaniyanın Rapunzel şirkəti arasında niyyət protokolu imzalanmışdır.

 

AZpress.AZ xəbər verir ki, 21- 23 mart 2018-ci il tarixlərində dünyada Ekoloji Təmiz Kənd Təsərrüfatı Hərəkatının yaradıcılarından və liderlərindən biri olan, Almaniyanın məşhur Rapunzel şirkətinin prezidenti cənab Jozef Vilhelm Azərbaycanda işgüzar səfərdə olmuşdur. Səfərin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsinin əsas prioritetlərindən biri olan “Ekoloji Təmiz Kənd Təsərrüfatı istehsalının inkişaf etdirilməsi” məsələsi ilə əlaqədar olaraq Rapunzel şirkətinin bu sahəyə olan strateji maraqlarından irəli gəlir. Səfər zamanı J. Vilhelmi Rapunzel şirkətinin ekspertlər qrupu müşayiət etmişdir.

 

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qax şəhərində yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin öncədən hazırlayıb Rapunzel şirkətinin rəhbərliyinə təqdim etdiyi və razılaşdırılmış proqram çərçivəsində Qax və Zaqatala rayonlarında fəaliyyət göstərən və istehsal prosesində ekoloji təsərrüfatçılığa keçid dövrünü yaşayan fermer təsərrüfatları və emal müəssisələri ilə çoxsayli görüşlər olmuşdur. Regionun saglam torpaq və iqlim şəraitini, fermerlərin ekoloji istehsala yönəlik olan meyllərini və onların işgüzarlıq qabiliyyətlərini yüksək qiymətləndirən nümayəndə heyəti səfərin sonunda aparılan müzakirələr zamanı bu regionda bir neçə istiqamətli layihələr yerinə yetirmək istəyində olduqlarını bəyan etmişlər. Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Rapunzel şirkəti arasında memorandum qəbul edilməsi haqda “Mərkəz”-in direktoru professor Amin Babayevlə Rapunzel şirkətinin prezidenti Jozef Vilhelm arasında niyyət protokolu imzalanmışdır.

 

 

 

 

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin

 

məsul şəxsi: Mahmud Qurbanov

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !