Coğrafiya İnstitutu valideyn himayəsindən məhrum uşaqların Novruz bayramına şirinlik qatıb - (+FOTOLAR)

Coğrafiya İnstitutu valideyn himayəsindən məhrum uşaqların Novruz bayramına şirinlik qatıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA ak. H,Ə.Əliyev ad. Coğrafiya İnstitutu valideyn himayəsindən məhrum uşaqları xalqımızın ən gözəl bayramı olan Novruzda sevindirib.
3 ildir ki, Coğrafiya İnstitutu “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə əməkdaşlıq edir. “Cığır” – atasını və ya hər iki valideyni itirmiş uşaqlara himayədarlıq etməklə onların maddi, mənəvi, tibbi, sosial və s. sahədə tələbatlarının ödənilməsində yardımçı olan və bu məqsədlə müxtəlif layihələrə imza atan xeyriyyə təşkilatıdır. Coğrafiya İnstitutu daima maliyyə yardımı ilə bərabər, uşaqların elmə, təhsilə olan marağını artırmaq məqsədilə uyğun tədbirlər həyata keçirməklə Birliyin bu xeyirxah əməllərinin reallaşmasında dəstək rolunu oynayır. Buna misal olaraq, ötən il İnstitut əməkdaşlarının uşaqlarla görüşünü yada salmaq yerinə düşər. Gənc alimlər tədbirdə “Coğrafiyanı sevək” mövzusu ilə məktəb və kiçik yaşlı uşaqlar qarşısında slaydların köməyi ilə geniş təqdimat keçirmiş, onların qavrayacağı asan dildə əyləncəli viktorinalarla balacaları coğrafiya elminə həvəsləndirmiş, onlara bu sahəyə uyğun hədiyyələr bağışlamışlar.
Bu il də uşaqların Novruz bayramının layiqincə qeyd edilməsində Coğrafiya İnstitutu kənarda qalmayıb. Toplanmış vəsait hesabına alınmış tortlar valideyn himayəsindən məhrum olmuş uşaqların gəzintisinə şirinlik qatıb.
Yaxınlarda Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Cığır” Birliyinin uşaqlarını müəssisəyə dəvət etməyi, onları İnstitutun fəaliyyəti ilə yaxından tanış etməyi planlaşdırır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !