31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub -

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub

AZpress.AZ xəbər verir ki, AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.
Sərgidə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımlar və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda Vətən övladlarının göstərdikləri qəhrəmanlıqlardan bəhs edən toplu, qəzet və jurnal məqalələri nümayiş etdirilir.
Sərgilənən materiallar arasında akademiklər-Cəlal Əliyevin və Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı”, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, Yusif Ağayev və Səbuhi Əhmədovun “İstiqlal yürüşü-1918”, Elman Cəfərlinin “Naxçıvanda erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, Mustafa Görüryılmazın “Türk Qafqaz İslam ordusu və ermənilər (1918)”, eyni zamanda “Erməni xəyanəti: terror, soyqırımı və deportasiya siyasəti”, “Erməni daşnak faşizmi və Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Dünyanın mənfur milləti: erməni” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !