Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib - (+FOTO)

Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edib.
Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş variantları və ümumiləşmələri haqqında danışılıb. Kəsilməz olmayan funksiyalar üçün xətti superpozisiyalarla göstəriliş məsələsi təhlil edilib.
Seminarda həmçinin Kolmoqorov superpozisiya teoreminin approksimativ variantı verilib, bu variantın neyron şəbəkələr nəzəriyyəsində rolundan bəhs edilib və mövzu üzrə açıq qalmış məsələlər qeyd olunub.

 


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !