QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA DƏYİRMİ MASA - (+FOTOLAR)

QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA DƏYİRMİ MASA (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA Qafqazşünaslıq İnstitutunda Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
M.Qasımlı 31 Mart soyqırımının səbəbləri, gedişi, nəticələri və ibrət dərslərindən danışıb. Bildirilib ki, Uluöndər Heydər Əliyevin imzaladığı sərəncamla 1998-ci ildən etibarən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Daha sonra soyqırımının 100 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətindən danışılıb.
Dəyirmi masada Ermənişünaslıq şöbəsinin müdiri t.ü.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d. Elnur Kəlbizadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış ediblər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !