Əsrin sınağı adlı tədbir-sərgi keçirildi - (+FOTOLAR)

“Əsrin sınağı” adlı tədbir-sərgi keçirildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018 –
ci il imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”
sərəncama əsasən  2018-ci il martın 30-də saat 12:00-da Azərbaycan İstiqlal
Muzeyinin ekspozisiyasında “Əsrin sınağı” adlı tədbir-sərgi keçirildi.
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük
Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik
təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin mart-aprel
aylarında Bakı şəhərində, habelə Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və
digər bölgələrdə şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət
abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır
cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış,
komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya
ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin, Xalq
Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona
qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı
alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər
Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan
Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi
qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Sərgidə muzeyin fondlarında saxlanılan və muzeyə yeni daxil olmuş
Azərbaycan xalqının başına gətirilmiş dəhşətləri özündə əks etdirən Sabir
Çopurovun, Nazim Məmmədovun, Cavid Bayramlının, Sara Manafovanın, Əşrəf
Heybətovun, Rahib Qarayevin, Mehriban Şəmsəddinskayanın 25 ədəd rəsm və
heykəltəraşlıq nümunələri nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Prezident
Kitabxanasının şöbə müdiri, Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Mükafatçısı Nazim Mustafa, Tarix elmləri doktoru, professor Həvva Məmmədova
çıxış etdilər, sonda Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 № - li tam orta
məktəbin şagirdlərinin hazırladığı bədii hissə təqdim olundu.
Tədbirdə Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə
Sultanzadə, şöbə müdirləri Alik Məmmədov və Cəmilə Zeynalova, 19 № - li tam
orta məktəbin şagirdləri və müəllim heyəti, Milli Qvardiyanın əsgərləri, Sərhəd
Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak etdilər. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !