Botanika İnstitutunun doktorantı Gürcüstan Aqrar Universitetində təcrübə keçib -

Botanika İnstitutunun doktorantı Gürcüstan Aqrar Universitetində təcrübə keçib

AZpress.AZ xəbər verir ki, Botanika İnstitutunun doktorantı Aydan Zeynalova Gürcüstan Aqrar Universitetinin “Test Lab” təcrübə laboratoriyasında ezamiyyətdə olub. Ezamiyyət nəzərdə tutulmuş elmi-tədqiqat işlərini yerinə yetirmək və elmi təcrübəsini artırmaq məqsədi ilə həyata keçirilib.

A. Zeynalova elmi-tədqiqat obyekti olan Nar bitkisinin (Punica granatum L. növü) yarpaq və çiçəklərinin biokimyəvi tərkibini müəyyən etmək məqsədi ilə müasir beynəlxalq metodlara əsaslanaraq kompleks şəkildə xromatoqrafik və kimyəvi analizlər aparıb. Aparılan analizlər nəticəsində narin çiçəyində 6 antosian, yarpağında isə 11 fenol birləşməsi aşkar olunub. Bunula yanaşı “Test Lab” təcrübə laboratoriyasının mütəxəssilərindən yüksək effektli maye xromatoqrafın iş prinsipini və kimyəvi analizlərin aparılması qaydalarını öyrənib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !