Bütün dünya Turizm və Səyahətlər Sərgisində - (+VİDEO)

Bütün dünya Turizm və Səyahətlər Sərgisində (+VİDEO)

Səyahət həvəskarlarının diqqətinə!

 

5-7 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi keçiriləcək.

 

Sərginin tərəfdaş ölkəsi:

 

 

Sərgini ziyarət etmək üçün 3 səbəb:

 

1. Bütün dünya – bir sərgi: “AITF” sərgisi turizm sahəsində ən populyar və əhəmiyyətli tədbirlərdən biridir. Hər il nəhəng turizm agentliklərinin nümayəndələri və həyatını digər ölkə, region və şəhərlərə səyahətsiz təsəvvür etməyən insanlar səbirsizliklə bu tədbiri gözləyirlər.

 

Bu il, sərgidə 18-dən çox ölkə iştirak edir və onların arasında:

 

Belarusiya
Bolqarıstan
Çex Respublikası
Dominikan Respublikasi
Gürcüstan
Hindistan
İndoneziya
İran
İspaniya
İtaliya
Mərakeş
Rusiya
Sloveniya
Tailand
Türkiyə
Ukrayna
və s.

 

2. Yeni istiqamətlər: Bu tədbirin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada dünyanın müxtəlif güşələrindən gələrək öz ölkələrini turizm xidmətlərinin bütün aspektləri baxımından təmsil edən və hər bir müştərini yaxından maraqlandırmaq üçün əllərindən gələni əsirgəməyən çox sayda milli qruplar iştirak edir. Sərgidə iştirakçılar Avropa ölkələri və ekzotik adaların hələ tədqiq olunmamış güşələrinə səfər etməyi təklif edirlər. Şübhəsiz ki, bu səfərlər hələ uzun müddət yaddaşınızdan silinməyəcək!

 

Sərgidə 90-dan çox turizm isiqamətləri təqdim olunacaq:

 

3. Faydalı məlumatlar: Bu, yeni turizm marşrutları və qeyri-adi turlar ilə yanaşı, həm də hər bir şirkətin qiymət siyasəti barədə məlumat toplamaq üçün unikal imkandır. Bu məlumatlar sayəsində siz uzaq və yaxın xarici ölkələrə səfərlər planlaşdıra bilərsiniz.

 

Yerli turoperatorlar arasında “Pasha Travel” və “Ulduz Tourism” şirkətləri, eləcə də “Abşeron Hotel Group” və “Gilan Hospitality” otellər şəbəkəsi var.

 

İştirakçıların tam siyahısı ilə burada tanış ola bilərsiniz.

 

Bu il təşkilatçılar tərəfindən geniş işgüzar və əyləncə proqramı planlaşdırılıb. Sərginin sonuncu iş günü Səyahətlər Festivalı keçiriləcək. Sərgi çərçivəsində təşkil olunan bu mədəniyyət tədbiri iştirakçı ölkələrin səhnə quruluşları və mədəniyyət çıxışları vasitəsi ilə öz ölkələrinin mədəniyyətlərini nümayiş etdirmələri üçün ideal platformadır.

 

Sərginin tam proqramı ilə burada tanış ola bilərsiniz

 

Ziyarətinizi planlaşdırmaq üçün:
Sərginin iş saatları
Keçirildiyi yer
Ziyarət qaydaları
Sərgi kompleksinin ərazisində servis xidmətləri ilə burada tanış ola bilərsiniz.

 

Sərginin veb-saytında qeydiyyatdan keçərək dəvətnamə əldə edin və həmin dəvətnaməni özünüzlə sərgiyə gətirərək qeydiyyat prosesini əhəmiyyətli dərəcədə sürətləndirən “Fast Tack” xidmətindən yararlanmağı unutmayın!

 

Sizi sərgidə görməyə şad olarıq!

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !