Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib (+FOTO)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri r.f.d., dosent Səbinə Rahib qızı Sadıqova “Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında” mövzusunda məruzə edib.
Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunub. Çəkili Smirnov siniflərində analitik funksiyalar nəzəriyyəsinin Riman-Hilbert sərhəd məsələsinə baxılıb. Həllolunan olduğu halda həm bircins, həmçinin qeyri-bircins Riman-Hilbert məsələsinin ümumi həlli qurulub. Qeyri-bircins Riman məsələsinin həllolanlığı üçün çəki funksiyası üzərinə kafi şərtlər tapılıb.
Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır
Bu xəbəri paylaş


