Zoologiya İnstitutunun doktorantı Ruminiyada ezamiyyətdə olub - (+FOTOLAR)

Zoologiya İnstitutunun doktorantı Ruminiyada ezamiyyətdə olub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Ruminiya Təhsil, Tədqiqat, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə elan etdiyi doktorantura təhsili proqramı üzrə 6 aylıq təqaüd çərçivəsində Ruminiyanın (Cluj-Napoca) Babeş-Bolyai Universiteti (elmi rəhbər Prof.Dr. Laszlo Rakosy) və Sapientia Universitetində (Dr. İstevan Urak və Dr. Robert Galle) olub və STACCATO adlı EU proyekti üzərində işləyib. Doktorant proyekt çərçivəsində Avropa növlərinin təyinatı ilə məşğul olub. N.Beydizadə Universitetlərdə olduğu müddətdə həmin universitetlərin kolleksiya materialları, zooloji muzeyi və ədəbiyyatları tanış olub. Babeş-Bolyai Universitetində "Azərbaycan və onun bioloji müxtəlifliyi" adlı mövzusu ilə çıxış edib. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !