AVSTRİYALI MÜTƏXƏSSİSİN Cİ-də KEÇİRDİYİ SEMİNAR-MƏŞĞƏLƏLƏR... - (+FOTOLAR)

AVSTRİYALI MÜTƏXƏSSİSİN Cİ-də KEÇİRDİYİ SEMİNAR-MƏŞĞƏLƏLƏR... (+FOTOLAR)

Coğrafiya İnstitutunun təşkilatçılığı, “LightHouse” şirkətinin
sponsorluğu ilə Avstriyadan dəvət olunmuş Graz Texnologiya Universitetinin
doktoru Andre Baldermannın rəhbərliyi altında aprelin 3-dən 6-dək İnstitutda
gənc alim və mütəxəssislər, eləcə də tələbələr üçün silsilə seminar-məşğələlər
 təşkil olunub.
Avstriyalı alimin Azərbaycana səfərinin əsas məqsədi  Coğrafiya
İnstitutunun Paleocoğrafiya şöbəsi ilə aparılan "Miosen dövründə Şərqi
Paratetis iqliminin və dəniz səviyyəsinin dəyişməsi" adlı  elmi iş ətrafında
fikir mübadiləsi aparmaq, gənc alim və tələbələr qarşısında elmi məruzələrlə
çıxış etməkdir.
3 gün davam edən  seminar-məşğələlərdə Dr. Andre Baldermann “Gil
minerallarının mühəndisi geologiyada və neft geologiyasında rolu”, "Autigen
gil minerallarının biogeokimyəvi prosesdə dəmirin miqrasiyasında rolu",
“Dəmirin biogeokimyəvi dövriyyəsində autigenik gil minerallarının rolu” və
“Monqolustanda gölün dərəsində Miosen dövrünün paleoiqlim şəraitinin
bərpası” mövzularında məruzələrlə çıxış edib. 
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti
Ağamehdi Ağayev, LightHous şirkətinin nümayəndələri cənab Davidi Cosimi
və xanım Anna Simoventi də iştirak ediblər. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !