Dissertasiya şurasının iclası keçirilib - (+FOTOLAR)

Dissertasiya şurasının iclası keçirilib (+FOTOLAR)

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən
D 01.111 dissertasiya şurasının iclasında Aysel Beybala qızı İmanovanın “Orta
ossilyasiya terminlərində Koşi tipli inteqralın sərhəd qiymətlərinin tədqiqi” mövzusunda
1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada
alınmış nəticələr 8 işdə öz əksini tapıb.
Sonra dissertasiya şurasının iclasında Arzu Ramiz qızı Səfərovanın “Cırlaşmaya
malik ikiqat eksponent sistemlərinin bazisliyi” mövzusunda 1202.01-Analiz və
funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 11
işdə öz əksini tapıb.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.
Daha sonra iclasda Növrəstə Bayramova, Aynur Məmmədovanın dissertasiya
işlərinə kuratorların və Fuad Əliyevin dissertasiya işinə rəsmi opponentlərin və aparıcı
təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

 


Aynurə M. Cəfərova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru,
AMEA Riyaziyyat və Mexanika İnstitutu 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !