Yeni seçki texnologiyasına keçməyin vaxtıdır - - Etibar Hüseynov

Yeni seçki texnologiyasına keçməyin vaxtıdır - Etibar Hüseynov

Məntəqəyə yollan, bülleten al, onu işarələ, sonra onu qutuya tulla, daha sonra o qutudakıları bir-bir saysınlar və.s. İlk dəfə hansı əsrin, hansı ilində tətbiq olunmasının fərqi yoxdu; bu seçki sistemi artıq köhnəlib, kustarlaşıb, XXI əsr adına yaraşmır, uyğun gəlmir. Vallah gəlmir, billah gəlmir. İnternet innovasiyalarının imkanları yeni seçki texnologiyasına keçməyi artıq diqtə edir. Bəli məhz diqtə. Buyurun: bu gün guya ki, "sükut günü"dür. Amma internet və sosial şəbəkə üzərindən yenə də namizədlərin reklam və antireklam prosesi var gücüylə işindədir. Nə olsun ki, hamının : "baxmıram" dediyi yerli kanallar seçki qanununa riayət edir? Yeni seçki sisteminə keçid labüddür, məcburidir, qaçılmazdır. Mən bu sistemin çox bəsit və sadə konturlarını çızım, onu daha da təkmilləşdirmək qalsın MSK- nın, Milli Məclisin və digərlərinin boynuna. Nədən artıq hamı evində, işində oturub rahatca səs verməsin ki? Axı bu çox rahat və sadə ola bilər. Məsələn telefon, kompüter üzərindən internete daxil ol, şəxsiyyət vəsiqənin nömrəsini yaz və istədiyin namizədə də səs ver. Bir cümləylə desək- internet üzərindən "online", "interaktiv" səsvermə. Vəssalam. Nə sən əziyyət çəkib yağışda, küləkdə uzaq məsafəni qət edib məntəqəyə get, nə də ki, iş günündən kəsib əlavə istirahət günü etsinler. Heç səfərdə, xaricdə-filanda olanlar üçün də hər hansısa problem yaranmasın- harada, necə səs verim? kimi suallar əhatəsində çabalamasın. Hələ seçkiyə xərclənən küllü miqdarda vəsaitə qənaət ediləcəyini demirəm. On minlərlə yerli və xarici müşahidəçiyə, məntəqə işçilərinə, bülleten ve plakatların çapı və digər xərclərə də qənaət öz yerində. Həmçinin namizədlər də əsas təbliğat vasitəsi üçün sosial şəbəkələrdən istifadə etsə işin nə qədər rahatlaşacağı aydın olur. Elə isə nəyi və ya kimi gözləyirik? Niyə bu cür məsələlərdə biz də bircə dəfə qabağa düşüb bir ilkə imza atmayaq? Gərək yenə də hansısa ingilisi, almanı, fransızı qabağa düşə sonramı? 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !