Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb.

 

AZƏRTAC xəbər verir ki, bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, kütləvi informasiya vasitələri tərəfindən təbliğat xarakterli 1051 informasiya yayılıb. Mətbuat Şurası əsasən təbliğat xarakterli informasiyaların monitorinqini aparıb. “Sükut günü”ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib.

 

Qeyd edilib ki, ümumilikdə KİV-lər prezident seçkilərini işıqlandırarkən Azərbaycan Konstitusiyasından, Seçki Məcəlləsindən, KİV haqqında qanundan, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər. Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib. Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə cəmi bir müraciət daxil olub və yaranan anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də seçkilərdə jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !