Aysel Əliyevanın Solo konserti baş tutub - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Aysel Əliyevanın Solo konserti baş tutub +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, Aprel ayının 20-si 2018 ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Beynəlxalq müsabiqələr laureatı, Estoniya Musiqi və Teatr Akademiyasının Magistrantı, Rektor və Prof. İvari İljanın sinfində təhsil alan Aysel Əliyevanın „Ulu Öndər” Heydər Əliyevin xatirəsinə həsr olunmuş Solo konserti baş tutub. „Ulu Öndər” Heydər Əliyev gənclərə daima yüksək qayğı göstərmiş, gənclərimizin zirvələrə yüksəlməsi onun diqqət mərkəzində olmuşdur. Bu adət-ənənə onun layiqli davamçısı hörmətli prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı,vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən daima yüksək qayğı ilə davam etdirilir. Ona görə də, çiçəklənən ölkəmizin inkişafında istedadlı gənclərimizin rolu yüksəkdir və buda ölkəmizin rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilir. Ona görədə, bu konsertin yüksək səviyyədə baş tutması, təşkilatçılığı və onun yüksək səviyyədə keçirilməsi Aysel Əliyevanın „Ulu Öndər” Heydər Əliyevin əziz xatirəsinin yad edilməsinin canlı təzahürüdür. Bununla yanaşı, Aysel Əliyeva qeyd edib: « Mən çox xoşbəxtəm ki, bir pianoçu olaraq Azərbaycanın adını Estoniyada təmsil edirəm və bunun üçün daima dayanmadan çalışacam!» Proqramda V.A.Motsart, R.Şuman, S.Şaminad, K.Debüssinin əsərləri səslənib. Konsertin sonunda Kamera musiqisi ifa olundu, Aysel Əliyeva və Ümid Musayev B. Dvarionas faqot və fortepiano üçün Tema və variasiyalar ifa ediblər. Konsert çox böyük uğurla baş tutmuş və dinləyicilər tərəfindən böyük bir maraqla və diqqətlə qarşılandı.
Qeyd edək ki, Aysel Əliyeva Bülbül adına orta ixtisas musiqi məktəbini 2012-ci ildə əlaçı olaraq bitirmiş, həmin ildə Bakı Musiqi Akademiyasına qəbul olur və orada Əməkdar artist, P.İ.Çaykovski adına Moskva Konservatoriyasının məzunu və Bakı Musiqi Akademiyasının Prof. Samirə Aşumovanın sinfində oxumuşdur. 2016-cı ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra, eyni ildə Eesti Muusika-ja Teatriakadeemia’sının fortepiano-ifaçılıq fakültəsinə yüksək nəticələr
ilə qəbul olur. Hal hazırda, Aysel Əliyeva Estoniya Musiqi və Teatr Akademiyasının Magistrantıdır, rektor və prof. İvari İljanın sinfində təhsil alır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !