Keçmişimiz, bu günümüz, gələcəyimiz! - - Bilik yarışması +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Keçmişimiz, bu günümüz, gələcəyimiz!” - Bilik yarışması +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

24 aprel 2018-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bu günümüz, gələcəyimiz!”- mövzusunda breyn - rinq intellektual bilik yarışmasına start verildi.

 

Yarışmanın münsiflər heyəti: Təhsil İnstitutunun elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov, Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılov, Təhsil İnstitutunun böyük elmi işçisi, VII sinif “Coğrafiya” dərsliyi və müəllim vəsaitinin müəllifi Təranə İsmayılova, Bakı şəhəri 83 nömrəli liseyin müəllimi, “Həyat bilgisi” dərsliyi və müəllim vəsaitinin müəllifi Nüşabə Məmmədovadır.

 

Rayon mərhələsinin birinci günü (24 aprel 2018-ci il tarixində) Şuşa, Laçın, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Ağdam rayon məktəblərinin VII-IX sinif şagirdlərindən ibarət 35 komandada 245 şagird iştirak etdi.

 

Bu gün bir neçə mərhələdə 6, 7 komandanın iştirakı ilə 10 oyun keçirildi. Hər oyunda Azərbaycan tarixi, Coğrafiya (Azərbaycan coğrafiyası) və Həyat bilgisi fənlərindən 4 sual olmaqla, 12 sual verildi. Qiymətləndirmə 1 bal sistemi ilə aparıldı. Ən çox bal toplayan komandalar final mərhələsində iştirak etmək hüququ qazandı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !