Xalqların adət-ənənələri və mədəniyyət adlı festival keçirilib - - Daşkənddə (+FOTOLAR)

“Xalqların adət-ənənələri və mədəniyyət” adlı festival keçirilib - Daşkənddə (+FOTOLAR)

Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festivalda
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.


Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq keçirilən “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festivalda Azərbaycan təmsil olunub.
Festival çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, sənətini, adət və ənələrini nümayiş etdirib.
Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festival haqqında danışaraq, gələcəyin mütəxəssisləri olan tələbələrə dünya xalqlarının mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda öz dünya görüşlərini artırmaq üçün tədbir əlavə imkanlar yaratdığını qeyd edib.
Tədbirdə bir neçə xarici ölkənin təmsilçisinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzi də xüsusi diplomla təltif edilib.
Festivalda Azərbaycan stendini Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib.
Ölkəmiz üçün ayrılmış xüsusi otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Azərbaycan guşəsində təşkil olunmuş kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri göstərilib.
Builki sərgidə Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqlarının master kursları təqdim edilib, onlar canlı olaraq milli suvenirlərimizi praktiki olaraq hazırlanma prosesini təqdim ediblər.
Azərbaycan stendinə maraq böyük olub, guşədə Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, Mədəniyyət Festivalında Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İndoneziya, Koreya, Çin, Qazaxıstan və başqa ölkələr öz mədəniyyət stendlərini təqdim ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !