Tibb elmləri doktoru, professor TOFİK CAHANGİROV

Tibb elmləri doktoru, professor TOFİK CAHANGİROV

 ! - DİQQƏT: səhifə HAZIRLIQ mərhələsindədir

 

Cahangirov Tofiq Şahmur oğlu, 1963-cü ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutun müalicə profilaktika fakültəsini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun “Ürək Çatışmazlığı”şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1991-ci ildən 1993-cü ilədək Rusiya Federasiyası Səhiyyə Nazirliyi A.L.Myasnikov adına Elmi Tədqiqat Kardiologiya İnstitutuna ezam olunmuşdur. 1993-cü ilin dekabr ayında “Müxtəlif qrup dərman preparatları ilə müalicə zamanı xroniki ürək çatışmazlığı olan xəstələrdə sistolo-diastolik əlaqənin dinamikası” mövzusunda “kardiologiya” ixtisası üzrə Moskva şəhərində A.L.Myasnikov adına Elmi- Tədqiqat Kardiologiya İnstitutnun Elmi Şürasında namizədlik dissertasiyasını müdafiə etmişdir. 2006-cı il 28 fevral tarixində Moskva şəhərində “Xroniki ürək çatışmazlığı və 2-ci tip şəkərli diabet: xəstələrin ümumi xarakteristikası, kliniki mənzərə, müalicənin problemləri və praqnozu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. 1994-cü ildə “ürək çatışmazlığı” şöbəsinin elmi işçisi: 1994-1997-ci illər ərzində isə İnstitutun klinikasının baş həkimi işləyib. 1997-ci ildən bu günə qədər “Ürək çatışmazlığı” şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır. 100-dən artıq çap olunmuş işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Daimi olaraq müxtəlif ölkələrdə keçirilən simpozium və konqreslərin iştirakçısıdır. Rusiyanın “Ürək çatışmazlığı üzrə mütəxəsislər cəmiyyətinin” və həmçinin “Ultrasəs diaqnostikası üzrə mütəxəsislər assosasiyasının”, “Avropa ürək çatışmazlığı” və “Avropa kardioloji cəmiyyətinin (ESC Fellowship)” üzvüdür; Azərbaycan kardiologiya cəmiyyətinin sədr müavini və Azərbaycan kardiologiya Jurnalının redaktorudur. 1997-ci il tədris ilində Azərbaycan Tibb Universitetinin 2-ci xəstəliklərin propedevtikası kafedrasında müəllim vəzifəsində; 2008-ci ildən etibarən isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Kliniki Kardiologiya” kafedrasında professor vəzifəsində çalışır. Elmi fəaliyyəti ilə yanaşı kliniki fəaliyyətini inkişaf etdirmək məqsədi ilə dəfələrlə Moskva şəhərindəki və Rusiya Mərkəzi Kliniki Xəstəxanasında ixtisasartırma kurslarında olmuşdur. Böyük elmi işçi, klinist kardioloq olmaqla yanaşı, ürək qan - damar sisteminin diaqnostikasında geniş istifadə olunan Doplerexokardioqrafiya üzrə mütəxəsisdir. Fəaliyyəti dövründə tibbi kadrların, tələbələrin, kursantların, rezidentlərin hazırlanmasında böyük əməyi olmuşdur.
Evlidir, 2 övladı var.

 

***

 

Keçən il Azərbaycan Kardiologiya Cəmiyyətinin VI milli konqresi keçirilmişdir. Konqresdə Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri doktoru, professor Tofiq Cahangirov cəmiyyətin yeni sədri seçilmişdir.

T.Cahanqirov deyir ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresi üç gün davam etdi. Əvvəlcə, ATU-nun tədris terapevtik klinikasında gənc kardioloqlar üçün kurs təşkil edildi. Sonra isə Mərkəzi Klinik Xəstəxanada ürəyin anatomiyası kursu təşkil olundu, ürəyin aritmiya və işemik xəstəlikləri mövzusunda görkəmli tibb alimləri müzakirələr apardılar.

Azərbaycan, Türkiyə, Misir, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr, eləcə də Avropa Kardiologiya Cəmiyyətinin məsul əməkdaşları bu mötəbər tədbirə qatılmışdılar. Həmçinin, konqresdə Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil olmaqla, 31 rayondan 700-ə yaxın kardioloq iştirak edirdi.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]