Musiqi ifaçılarının III Respublika müsabiqəsinin keçirilməsinə start verilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Musiqi ifaçılarının III Respublika müsabiqəsinin keçirilməsinə start verilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 2018-ci il aprelin 16-da Azərbaycan Respublikasının Təhsil Nazirlyinin rəhbərliyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bülbül adına orta ixtisas musiqi məktəbi ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş musiqi ifaçılarının III Respublika müsabiqəsini keçirməyə start vermişdir .
Müsabiqədə müxtəlif ixtisaslar (fortepiano,tar, kamança, xanəndə, qanun, balaban,vokal, simli və nəfəs alətləri) üzrə, üç yaş qrupu üzrə, iki mərhələdə keçirilmişdir.
572 nəfər iştirakçı sənəd təqdim etmiş və ilkin dinləyişlərdən keçərək I mərhələyə ümumilikdə 215 iştirakçı, II mərhələyə isə 119 iştirakçı seçildi.
124 nəfər ifaçı laureat və diplomant adına layiq görüldülər, onlardan 2 nəfəri Qran-Pri mükafatına layiq görülmüşlər.
Yekun konsert 3 may 2018-ci il saat 18.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir. Konsertdə Qara Qarayev adına Dövlət Kamera Orkestri və müsabiqənin laureatları çıxış edəcəklər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !