Küçə Fotoqrafı Nə İstifadə edər? - - Foto məsləhətçi

Küçə Fotoqrafı Nə İstifadə edər? - Foto məsləhətçi

Əvvəlki yazımızda, bu məşhur fotoqrafiya sahəsini tanımış, əsas növlərini ifadə etmişdik. Ayrıca bu sahənin (başqa növlərdə olduğu kimi) özünə xüsusi bir avadanlığı, intizamı və düsturu olduğundan bəhs etdik.

 

Bu hissədə texniki və avadanlığa toxunacağıq. Küçə fotoqrafiyasının ən əhəmiyyətli qaydası, şübhəsiz "Daima Hazır" olmaqdır. Küçə dinamikdir. Həyat axıb getməkdə, hekayələr yaşanmaqdadır.

 

Həyat:

 

1. Evə qaçıb fotoaparatımızı götürməyimizi

2. Doğru obyektiv taxmamızı

3. İşığa görə lazımlı düzəlişləri etməmizi

4. Kadrı oturtmamızı

5. Fokuslamamızı

6. Və ən son qərar verib fotoşəkili çəkməmizi gözləməz.

 

Buna görə həyatı sənədləşdirməksə məqsədimiz, bu altı dəyişəni idarə altında tuta biləcək bir sıra tədbirlər almağımız şərtdir. Burada bir mötərizə açaq və xatırladaq ki sayacaqlarımız ümumiyyətlə əksəriyyətin tətbiq etdiyi üsullardır. Qəti qaydalar deyil. Hər kəs bu qaydaların bəzilərini özünə uyğun olan ilə dəyişdirər. Amma hər kəsin ortaq fikrini alınca ortaya çıxan izah edəcəyimiz kimidir. Mötərizəni bağlayaq və az əvvəl saydığımız altı dəyişəndə sürətlənmək üçün edilə biləcəkləri izah edək.

 

1. Fotoaparat ilə həyat: Küçə fotoqrafiyasının möhtəşəm bir əks təsiri vardır. Bir neçə aydan etibarən insan yanında fotoaparat olmasa da "olsaydı necə çəkərdim buranı" deyə bənzətmə etməyə başlayar. İstəməsə də zehini, küçədə getdiyi hər anı kompozisiya qurar və çox təəssüf ki insan bəlkə də ən gözəl fotoşəkillərini yanında fotoaparat yoxkən zehinində çəkər və biz onları heç görə bilmərik. Buna alına biləcək ən gözəl tədbir isə kamera çantasını yüngülləşdirməkdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yuxarıdakı fotoşəkildə mənim, evdən çıxarkən yanıma aldığım çiyin çantam görülməkdədir. Normalda hər kəsin pulqabı, telefon və s. daşıdığı bu çantada bir ədəd Tamron 17-50mm f/2.8 VC obyektiv və Nikon D7100 gövdə rahatlıqla daşınmaqdadır. Təbii ki hər çölə çıxıldığında DSLR fotoaparat alınması şərt deyil. Hər gün işə gedərkən qarşılaşılacaq görüntülər az çox müəyyən olduğundan ümumiyyətlə fotoşəkil çəkilişi işdən sonra və həftəsonu edilər.

 

Ayrıca yığcam fotoaparatlar da xüsusilə gündüz küçə fotoşəkili çəkmək üçün olduqca uyğundur. Xüsusilə Nikon P və Canon PowerShot seriyalı fotoaparatlar yüksək performanslı və yanınızda daşımaq üçün çox əlverişlidir.

 

2. Obyektiv: Dünyadakı işlək vəziyyətdəki bütün obyektivlərlə küçə fotoşəkili çəkilər. Ancaq "normal prime" deyilən insan gözünün görmə bucağına yaxın, sabit fokus məsafəli obyektivlər tez-tez istifadə edilənləridir. Sabit fokus məsafəli, zoom obyektivlərə nisbətlə təxmini 2 stop daha sürətli diafraqma imkanı və kəskinliyi ilə önə çıxar.

 

Normal Prime, Crop (DX) sensorlu fotoaparatlar üçün 35mm, Fulframe (FX) fotoaparatlar üçün 50mm obyektivdir.

 

Bunun yanında fokus məsafəsi neçə mm olursa olsun, prime obyektiv, insanın gözünü öyrədərək, daha fotoaparatı əlinizə almadan kadrı düzəltmənizi təmin edər, sürəti artırar, buna görə tez-tez seçilər.

 

3. Diafraqma - Pərdə Sürəti - ISO düzəlişi: Küçə fotoqrafiyasında ümumiyyətlə geniş dəqiq sahə dərinliyi və qısa pərdə sürəti arzu edilər. Bağlı diafraqma, fotoşəkili kəskinləşdirər, dəqiq sahə dərinliyini artırar və fokuslamağı asanlaşdırar. Küçədə ümumiyyətlə aperture priority (diafraqma əsaslı) rejim istifadə edilər və mümkünsə F/5,6 və üzəri diafraqma dəyəri istifadə edilməsi daha uyğun olar. Sensor ölçüsü böyüdükcə diafraqmanı daha bağlı istifadə etmək lazımdır.

 

 

Məsələn yuxarıdakı fotoşəkildə əgər F/11 diafraqma istifadə edilməsəydi arxa plandakı tək adam çox bilinməyəcəkdi.

 

Küçədə ISO, ümumiyyətlə səyahət fotoqrafiyasından 1 stop (2qat) yüksək dəyər istifadə edilər və fotoaparat işıq ölçüm rejimi (metering) ümumiyyətlə matrix‘ə görə düzəliş edilər.

 

4. Kompozisiya: Əvvəldə də toxunduğumuz kimi kompozisiyanın yaxşılaşması və sürətlənməsi, zehinimizin bol fotoşəkil çəkərək öyrədilməsi və sonunda yaracnacaq fotoşəkili əvvəldən təxmin etməsi ilə mümkün olar. Küçədə obyekt insandır və kimsə küçədə sifətinə istiqamətləndirilmiş bir obyektiv görmək istəməz. Ən gözəli əvvəldən müşahidə etmək, fotoşəkili zehində canlandırmaq, 3 saniyədə fotoaparatı gözə qaldırıb, düzəliş edib düyməyə basmaqdır. Buna görə də kimsə narahat olmaz.

 

 

5. Fokus: Fokuslamaq üçün 1saniyədən daha az zamanımız var. Əgər daha sürətli fokuslama istərsək, nisbətən daha geniş bucaqlı obyektivlərlə diafraqma köməyiylə hissəvi fokuslama edilə bilər, buna görə də çəkiliş anında fokuslama lazım deyil (zone focusing - prefocusing).

 

6. Fotoşəkil çəkmək: Küçə fotoqrafiyasında da digər sahələrdə olduğu kimi ustalıq, praktiki çəkilişlər, məşğələlər edərək gediləcək uzun bir yoldur. Bol fotoşəkil çəkmək amma daha əhəmiyyətlisi hər baxdığını deyil, gördüyünü, anladığını, müşahidə etdiyini əks etdirməkdir.

 

Küçə fotoqrafiyasında irəliləməyi asanlaşdıran bəzi metodları sonrakı yazıda ələ alacağıq. İndi icazənizlə mən fotoaparat;mı götürüb küçəyə çıxıram…

İşığınız bol olsun ! 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !