Azərbaycan Konqreslər Bürosu təşəkkür məktubu alıb - (+FOTOLAR)

Azərbaycan Konqreslər Bürosu təşəkkür məktubu alıb (+FOTOLAR)

Azərbaycan Konqreslər Bürosu IMEX sərgisində
iştirak edən ölkələr arasında ən yaxşı nümayiş
stendinin təşkilinə görə təşəkkür məktubu alıb


AZpress.AZ xəbər verir ki, Avropanın mərkəzində yerləşən Almaniyanın Frankfurt şəhərində
“Frankfurt Messe”-də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan
IMEX sərgisi mayın 15-dən - 17-nə kimi davam edir. IMEX sərgisi
dünyanın MICE (görüşlər sənayesini) sənayesinin bütün sektorlarından
hər il 3,500-dən çox təchizatçı Frankfurtda bir araya gəlir. Burada milli
və regional turizm ofisləri və konqres büroları, böyük otel şirkətləri,
konfrans və sərgi məkanları, kruiz xətləri, hava yolları, spa kurortları,
texnologiya provayderləri, tədbirlərin idarə edilməsi üzrə mütəxəssisləri
və digərlərini burda görmək olar.
Ölkəmizi bu il sərgidə Azərbaycan Konqreslər Bürosu (AzKB) uğurla
təmsil edir. 15-17 may tarixlərində keçirilən sərgiyə geniş stendlə və
xüsusi hazırlaşmış Büronun fəaliyyəti ziyarətçilər və təşkilatçılar
tərəfindən böyük marqla qarşılanıb.
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə təşkilatın iştirak etdiyi sərgidə
Azərbaycan Konqreslər Bürosunun fəaliyyətini ilk gündən nümunəvi və
faydalı hesab etmək olar. Bu, həm də təşkilatçıların fikridir. Elə IMEX
rəhbərliyinin Azərbaycan Konqreslər Bürosuna ünvanladığı təbrik
məktubu da bunun bariz nümunəsidir. Məktubda AzKB-nin yüksək
səviyyədə iştirakına görə minnətdarlıq edən IMEX-ın təşkilati və satış
işləri üzrə baş meneceri Oliver Bailey büronu sərginin ilk günündən əldə
etdiyi uğura görə təbrik edib.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər
Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq
tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı
kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir,
hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb

etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda
fəal iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin
digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir.
Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin
etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını
qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş
məkanı kimi möhkəmləndirməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1
sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı
əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili
Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. 2017-ci il
aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq
Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15
noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli
alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və
məmnuniyyətlə qarşılanıb. Üçüncü Şopinq Festival bu ilin 1 mayından
start götürüb və 31 may tarixinədək davam edəcək. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !