Osman Gündüz telefonlara qoyulan rüsumu məntiqsiz hesab etdi... - Osman Gündüz

Osman Gündüz telefonlara qoyulan rüsumu məntiqsiz hesab etdi... Osman Gündüz

Ötən gün “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib və bununlada şəxsi məqsədlər üçün ölkəyə daxil olan mobil cihazlara ( mobil telefon , planşet və s) rüsum tətbiq edilib.
Səbəb olaraq şəxsi məqsədlər üçün gətirilən mobil telefonların sonradan ayr-ayrı şəxslərə satıldığını bildiriblər.
Dərhal qeyd etmək istərdim ki heç bir halda doğru bir yanaşma deyildir.
Təəssüf edirəm ki uzun illər qanun istehsalı ilə məşğul olanlar bu dəfə də problemin ən asan həll yolunu seçiblər.
Özü də heç bir ictmai müzakirə , heç bir araşdırma aparmadan bir anda qanun qəbul etmək yolunu seçiblər.
Heç yerdə belə şey ola bilməz ki, yüz minlərin mənafeyinə toxunan bir qanunu bir anda qəbul edəsən.
Ümumiyyətlə, ictimai müzakirərlərin təşkili, ictimai iştirakçılıq, müstəqil ekspertlərlə əməkdaşlıq baxınmından indiki tərkib Milli Məclis qədər konservativ mövqe sərgiləyən olmayıb.
Əlbəttə, daxili bazarda belə bir problemin olması heç kimə sirr deyildir.
Lakin, on minləırlə, yüz minlərlə vətəndaş var ki onlar məhz şəxsi məqsədlər üçün gətirirlər. Bu, reallıqdır.
Belə olan halda onlar nə üçün qanunu pozanların güdazına getməlidir ? Nə üçün bir anda yüz minlərlə istehlakçının hüququ tapdanmalıdır ?
Bu necə baş verə bilər axı ? Daxili istehsalın da olmadığı bir halda bu hansı məntiqə sığır ?
Dövlətin müvafiq qurumları var, nəzarət mexanizmləri var, əziyyət çəkib öz vəzifələrini icra etsinlər . Nə üçün millət vəkilləri soruşmurlar, müzakirə açmırlar ki bazarda belə bir situasiyanın yaranmasının əsas səbəbi nədir ? Kimlərin marağına xidmət edir bu dəyişiklik?
Bəlkə daha effektiv variantlar tapmaq olardı, şəxsi məqsədlər üçün gətirilmə intervalında dəyişiklik etmək olardı.
Yeri gəlmişkən, onsuzda 2011-ci ildən bizdə mobil telefonların daha bir qeydiyyatı Qaydaları tətbiq olunurdu və bu ödənişliydi . İndi də əlavə qaydalar müəyyən olunacaq .
Yəni, xaricdə 100 manata telefon alan vətəndaş , ölkəyə gələndə 5 manat 1-ci qeydiyyat üçün və güman ki bir 5 manat da 2-ci qeydiyyat üçün ödəməli olacaq. Azərbaycanın indiki inkişaf səviyyəsinə yaraşmayan bir situasiya hesab edirəm.
İstehlakçıların hüquqlarını müdafiə edəcək dövlət qurumu da hələlik formalaşmayıb.
Ümid edirəm Prezident bu dəyişikliyə imza atmayacaq. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !