Qohumunun üstünə benzin töküb yandırdı
Bu xəbəri paylaş
Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.
“Report”un məlumatına görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib.
Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.
Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qayınatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,