KOICA Magistr Proqramının Məzunu ilə İntervyu - (+FOTOLAR)

KOICA Magistr Proqramının Məzunu ilə İntervyu (+FOTOLAR)

Ad/Soyad Leyla Əliyeva
Qurum və vəzifə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməliyyat sektorunun baş məsləhətçisi
KOICA ilə əlaqəsi və iştirak etdiyi KOICA Proqramları
KOICA Magistr Proqramı: “KOICA və Sunqşil Universitetinin birgə təşkil etdiyi İdarəetmə və İctimai Siyasətlə əlaqəli Qlobal İKT” / 2016.08.15~2017.12.20
KOICA Layihəsi: “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması Layihəsi 2013~2015 (layihənin son mərhələsində iştirak etmişdir 2014.08.26~2014.11.07)
KOICA Təlim Proqramı: “Elektron Hökumət üzrə Təhlükəsizlik” / 2013.08.01~2013.08.31
İntervyunun Tarixi: İyun 2018
İntervyu keçirilən Məkan: Azerkitab Kitab Evi

İntervyunun Məzmunu:


Zəhmət olmasa qısaca özünüzü təqdim edin və KOICA ilə əlaqəniz barədə məlumat verin?

- Mən, Leyla Əliyeva, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməliyyat sektorunun baş məsləhətçisiyəm. KOICA ilə əlaqəm barədə qeyd etmək istərdim ki, KOICA-nın Azərbaycanda 3 böyük fəaliyyət sahələrindən hesab edilən Layihə, Magistr və Təlim Proqramlarında yaxından iştirak etmişəm. Belə ki, KOICA-nın 2013-cü ilin avqust ayında təşkil etdiyi 1 aylıq “Elektron Hökumət üzrə Təhlükəsizlik” adlı təlim proqramı, 2016-2017-ci illərdə isə KOICA-nın Sunqşil Universiteti ilə birgə təşkil etdiyi İdarəetmə və İctimai Siyasətlə əlaqəli Qlobal İKT adlı Magistr Proqramı üzrə təhsil almışam və bundan başqa KOICA-nın Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün qrant hesabına icra etdiyi “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” layihəsinin son mərhələsində çalışmışam.
-Baxmayaraqki, əməkdaşı olduğum Elektron Təhlükəsizlik Xidməti KOICA Layihəsinin icrası ərəfəsində yeni yaradılmış bir qurum idi, ayrıca vurğulamaq istərdim ki, bizim qurum KOICA Layihəsi çərçivəsində yaradılmış sistemin penetrasyon testi və təhlükəsizlik auditi işlərini görməkdə cavabdeh idi. Penetrasyon testlərin yerinə yetirilməsi, test nəticələrinin təhlil edilməsi və layihənin detallı texniki test hesabatlarının hazırlaması işləri isə mənə həvalə edilmişdi. Digər tərəfdən, mən həmçinin layihənin yekun təhlükəsizlik səviyyəsinə dair qərarın verilməsində məsul idim. Hətta bugün belə mən və bizim qurum, sistemin təklükəsizliyi işlərini icra edir, mütəmadi olaraq, və ya Nazirliyin xüsusi göstərişinə əsasən penetrasyon testlər həyata keçirir və ya sistemin auditini reallaşdırırıq. Ancaq Təlim Mərkəzinin günlük təhlükəsizlik yoxlamaları Təlim Mərkəzinin şəbəkə və sistem adminləri tərəfindən aparılır.

Sizi KOICA Magistr Proqramına müraciət etməyə cəlb edən səbəb nə idi?

-Bildiyimiz kimi, informasiya texnologiyaları gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyi kimi, kiber təhlükəsizlik də dünyanın bütün ölkələri üçün prioritet istiqamətə çevrilmişdir. Azərbaycan İTU-nun İKT İnkişafı İndeksi üzrə reytinqlərdə ilbəil yüksələrək Cənubi Qafqaz ölkələri arasında liderlik əldə etmişdir. Sumqayıt Texnologiyalar Parkı və Pirallahi Yüksək Texnologiyalar Parkının tikintisində görülən işlər isə Azərbaycanın İKT sektorunun inkişafına olan marağının göstəricisidir.

-Həmçinin İKT-nin inkişafı istiqamətində Azərbaycan İKT ilə birbaşa bağlı olan müvafiq qurumların yaradılmasında lazimi addımlar atmağa başlayıb. Nəticədə 2013-cü ildə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti yaradıldı, və mən qurum yaradıldığı müddətdə işə götürülən ilk işçilərindən biri idim. İşçilərin işə götürülməsi, avadanlıqların quraşdırılması, Qurumun prinsiplərini hazırlamaq həqiqətən çətin idi, beləki, hər şeyi sıfırdan başlanmışdı. Həmin zamanlar Azərbaycanın kiber təhlükəsizlik xidmətinə nə dərəcədə ehtiyac duyduğunu anladım. Qurumumuzun bir sıra xidmətlər (mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirmək, istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, və digər mənbələrdən daxil olan məlumatları toplamaq və təhlil etmək, ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirmək və bu kimi digər xidmətlər) göstərməsinə baxmayaraq, biz hələ də lider ölkələrin bu sahədə olan təcrübə və dəstəyinə ehtiyac duyuruq. Koreya Respublikasının İnformasiya Texnologiyaları sahəsində lider ölkə olması və kiber təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olması səbəbindən Azərbaycanın bu ölkənin təcrübəsindən yararlanması vacibdir. Bütün bunları nəzərə alaraq, Koreyada təlim keçmək, kiber təhlükəsizliyə dair müxtəlif təşkilatlarla görüşmək və IT lideri ölkəsində İT ilə əlaqəli magistr dərəcəsi əldə etmək bu sahədə bacarıqlarımı təkmilləşdirməkdə və yeni biliklər əldə etməyimdə ən mükəmməl vasitə oldu.

KOICA Magistr Proqramının Sizə nə kimi faydaları oldu?

-Koreyada təhsil aldığım müddətdə innovasiya ekosistemləri haqqında daha çox məlumat əldə etmək məqsədilə bir sıra İT və kiber təhlükəsizlik təşkilatlarını ziyarət etmək, həmçinin, SK Telecom, KISA, AhnLab və s. kimi müxtəlif beynəlxalq və yerli təşkilatlarda çalışan Koreyanın yüksək ixtisaslı mütəxəssisləri ilə görüşmək imkanı qazandım. Bu Proqram sahəsində mən öz təcrübəmi öz kolleqalarımla və dünyanın digər ölkələrinin nümayəndələri ilə bölüşmək şansı əldə etdim. Bu möhtəşəm ölkə və onun sehrli iqtisadi inkişaf strategiyası haqqında daha ətraflı məlumat əldə etdikdən sonra Koreyada təhsil almaq qərarına gələn bir çox insanlar tanıyıram. Bununla yanaşı, mən Koreyada apardığım araşdırma və əldə etdiyim təcrübə barədə yalnız çalışdığım qurumda deyil, ASAN Xidmət, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Təhlukəsizlik Nazirliyi və digər qurumlarda təqdimatla çıxış etmişəm. Bu Proqram xüsusi ilə, "İKT Siyasəti İnkişafı", "İnformasiya Təhlükəsizliyi", "Beynəlxalq İnkişaf Əməkdaşlığı" və "Süni İntellekt" adlı kurslar məni öz sahəm üzrə və Elektron Təhlükəsizlik Xidmətindəki vəzifələrim üzrə biliklərimi daha da inkişaf etdirməyə şərait yaratdı.


KOICA Magistr Proqramı müddətində sizin üçün ən yadda qalan xatirəniz barədə danışa bilərsinizmi?

-Əslində Koreya və KOICA Magistr Proqramı ilə bağlı çoxlu sayda xatirələrim var. Onlardan hərhansı birini seçmək həqiqətən çətindir, ancaq çalışacam ki, ən yadda qalanını seçim. Mənim üçün ən unudulmazı Koreya Folkyor Kəndinə səyahət idi. Biz bu kənddə atlar və milli musiqi alətləri ilə Koreya ənənəvi şoularını izlədik, Koreya ənənəvi evləri ilə tanış olduq və Koreya tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə etdik.

-Mənim ixtisasım ilə bağlı olan unudulmaz xatirə isə SK Telekomun Ofisinə ziyarət idi. Bildiyimiz kimi dünyanın bir çox ölkələrində kiber təhlükəsizlik və nəzarət mərkəzlərinə məxfilik səbəbindən ziyarət həqiqətən də qeyri mümkündür, ancaq KOICA bizim üçün SK Telekomun Nəzarət Mərkəzinə səfər təşkil edərək, nəzarət sistemi ilə yaxından tanış olmağımıza və real vaxtda xaker hücumu zamanı problemlərin necə həll edilməsini izləməyimizə imkan yaratdı.

-Bundan başqa, Koreyada İnkubasiya Mərkəzlərinə səfər zamanı biz agah olduq ki, Koreya yeni startupların öz bizneslərini başlamaları və onların uğurlu biznesə çevrilmələrini təmin etmək üçün əlverişli məkan, mentorluq xidməti, maliyyələ, şəbəkə, və bir sözlə lazımi bütün köməklik və dəstəyi göstərir.


Sizi Koreyada təhsiliniz müddətində daha çox nə heyrətləndirdi və nə kimi çətinlikləriniz oldu?

-Koreya mədəniyyəti barədə ən çox insanların bir-birlərinə necə hörmət etmələri, öz dillərini, ana vətənlərini və mədəniyyətlərini necə sevmələrinə heyrətləndim. Koreyalıların hər zaman birbirlərinə baxaraq gülümsəmələrinə, xariciləri xoş qarşılamaqlarına və öz ölkələrini ən mükəmməl formada təmsil etmələri üçün əllərindən gələni etmələrinə vurğun idim. Mənim üçün ən çətin şey Koreya dilini bilməməm idi, çünki mən yalnız 1 smestr ərzində Koreya dilini öyrənmək imkan qazanmışdım və daha çox Koreya dilinə vaxt ayırmaq üçün zamanım kasad idi. Mən əminəm ki, mən Koreya dilini daha yaxşı bilsəydim, Koreyalılarla daha çox ünsiyyət qurmaq və bu möhtəşəm ölkə barədə daha çox öyrənmək imkanı qazanardım .

Koreyada çox səyahət etmisiniz?

-Bəli çox səyəhat etmişəm. Demək olar ki, hər həftə sonunu Koreyanın bir regionuna səfərə sərf etmişəm. Bu barədə bir məqamı vurğulamasam olmaz, Koreyada məni heyrətləndirən məsələlərdən biri də Koreyanın bütün regionlarına pulsuz səyahət turlarının mümkün olması idi.


Artıq 6 aydırki ölkənizə geri dönmüsünüz, Koreyada və KOICA Magist Proqramı vasitəsi ilə əldə etyiniz bilik və təcrübədən istifadə edərək öz çalışdığınız quruma və ölkənizə nə kimi töhfə etdiyinizi bizimlə paylaşa bilərsinizmi?

-Qeyd etmək istərdim ki, magistr təhsilimin bir hissəsi olaraq “Effektiv Milli Kiber Təhlükəsizlik Strategiyasının Hazırlanması” adlı diplom işi belə ki araşdırma həyata keçirmişəm. Vurğulamaq istərdim ki, Azərbaycanın milli kiber təhlükəsizlik strategiyası yoxdur. Apardığım araşdırmalar və onun nəticələri Azərbaycanın öz milli kiber təhlükəsizlik strategiyasının inkişaf etdirilməsində mühüm rol oynadı. Strategiyanın İlkin Versiyası baxılması üçün 2018-ci il İyun ayının 13-ü Nazirlər Kabinetinə təqdim edilmiş, daha sonra isə Ölkə Rəhbərliyinə təqdim ediləcəkdir.
-Bundan əlavə, Azərbaycanda kiber təhlükəsizliyin inkişaf etdirilməsi üçün Koreya təcrübəsinə dayanaraq Azərbaycanda kiber təhlükəsizlik ilə bağlı potensialın artırılması üçün Fəaliyyət Planı hazırlayaraq təqdim etmişəm. Bununla yanaşı bir çox ictimai və özəl qurumlarda Koreyadan əldə etdiyim, xüsusən innovasiya ekosistem, müasir hökumət strukturu, siyasi inkişaf, araşdırma metodu və beynəlxalq inkişaf əməkdaşlığı barədə çıxışlar etmişəm. Mən hər zaman öz qururum və digər təşkilatlarla görüşlərdə Koreyada səfər etdiyim qurumlardan əldə etdiyim təcrübəni bölüşürəm. Xüsusən özünü idarəedən müasir və nadir şəhər Sejong çox maraqlıdır və Azərbaycan üçün mükəmməl nümunəvi modeldir.

Sonda KOICA Magistr Proqramlarına müracət etmək istəyən şəxslərə nə kimi məsləhətiniz olardı?

-KOICA Magistr Proqramları keyfiyyət və iştirakçılara verilən bilik cəhətdən çox rəqabətçildir. Mən hər zaman iştirakçılara Proqrama müraciət zamanı ilk öncə nə istədiklərini qərarlaşdırmalı olduqlarını söyləyirəm, çünki, məqsədlər qərarlaşdırılmamış yeni nailiyyətlər əldə etmək çətindir. Onlara Koreya, Koreya mədəniyəti, xüsusən də Koreya dili barədə daha çox öyrənməli olduqlarını, ərizə müraciəti zamanı sənədlərin hazırlanmasına daha çox diqqət yetirmələrini və intervyu zamanı hansı nailiyyət əldə etmək istədiklərini qeyd etmələrini bildirir və KOİCA məzunu olmaq üçün əllərindən gələni etmələrini söyləyirəm.


Zəhmət olmasa gələcək planlarınız və arzularınız barədə danışın?

-Düzü Koreyada təhsilim mənim karyeramda yeni cığırlar açmağıma şərait yaratdı. Belə ki, rəsmilərin və digər ölkələrin nümayəndələrinin mənim Koreyada təhsilimdən necə heyrətləndirklərini hər zaman görə bilirəm. Koreyada təhsilim bitdikdən sonra ABŞ Ordusunun üzvləri ilə birgə 5 həftə Almaniyada araşdımamı davam etdirmək şansı qazandım. Bundan başqa ABŞ-da 6 həftəlik təcrübə qazanmaq şansı əldə etdim. Mən əminəm ki, bu uğurları qazanmağımda Koreyada aldığım təhsil hər zaman yaxşı bir zəmanət olmuşdur. Gələcəldə Azərbaycanda milli kiber təhlükəsizlik siyasətinin inkişaf etdirilməsi, rəqəmsal məhkəmə laboratoriyasının yaradılması və yeni təhsil proqramlarının tətbiqi kimi Koreyadan əldə etdiyim təcrübəyə əsaslanaraq kiber təhlükəsizlik sahəsi üzrə yeni layihələr icra etməyi planlaşdırıram.
Bundan başqa Koreyada təhsil aldığım müddətdə Koreyanın Nəqliyyat, Araşdırma və İnkişaf həmçinin İT sektorlarında olan möcüzəli və dinamik inkişafına şahid oldum və həqiqətəndə Azərbaycanda bu sahələrdə inkişafa böyük ehtiyac olduğunu anladım. Mən ümid edirəm ki, gələcəkdə Azəbaycanda Koreya təcrübəsinə və nou-hausuna dayanaraq bu səhələrin inkişaf etdirilməsində mən də yaxından iştirak edəcəm.

Bu intervyu vasitəsi ilə KOICA Baş Ofisinə və ya KOICA Azərbaycan Ofisinə çatdırmaq istədiyiniz mesaj və ya təklif varmı?

Mən bütün KOICA əməkdaşlarına təşəkkür edirəm. KOICA-nın dəstəyini və təqaüd proqramlarını yüksək qiymətləndirirəm və əminəm ki, KOICA dünyanın daha yaxşı bir yerəçevrilməsində böyük rol oynayır. Mən hər zaman KOICA-a mənə oxumaq, təcrübə qazanmaq və məqsədlərimin çoxuna nail olmaq üçün bu şansı tanıdıqlarına görə minnətdaram. KOICA belə bir təqaüd proqramı təşkil etməklə mənim həyatımda çox böyük dəyişikliklərə imza atdı. Hər şey üçün bir daha təşəkkürlər.

Təşəkkür edirəm.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !