Toppuş bacı üçün şirkətlərdən pul yığan kimdir?... - (YENİLƏNDİ)

“Toppuş bacı” üçün şirkətlərdən pul yığan kimdir?... (YENİLƏNDİ)

“Şirkətlərdən hansı haqla pul yığa bilərəm ki?” – Xalq artisti

 

Xalq artisti Arif Quliyevin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün şirkətlərdən pul yığma xəbəri yayılıb.

Axşam.az-a açıqlama verən aktyor bildirib ki, heç vaxt belə addım atmayıb:

“Kimin ağılına nə gəldi yayır. Aktyor aktyora hansı imkanla kömək etsin? Bir dəfə Tünzaləyə zəng etdim, verilişdə yanına gedib dəstək oldum. Mən şirkətlərdən hansı haqla pul yığa bilərəm ki? Belə bir şey etməmişəm, etmərəm də”.

Qeyd edək ki, A.Quliyevin şirkət rəhbərlərindən Tünzalə üçün pul yığma xəbərini ölkə.az saytı yayıb.

 

                                                                                   ***

 

Xalq artisti Arif Quliyev “Toppuş bacı” kimi tanınan əməkdar artist Tünzalə Əliyeva üçün pul yığır.
“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, xalq artisti özü şəxsən bir neçə şirkətə gedərək rəhbər şəxslərlə görüşmək istədiyini əməkdaşlara bildirib. Əməkdaşlar aktyordan görüşün məqsədini soruşanda o, T.Əliyevanın müalicəsi üçün pul yığdığını bildirib.

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !